Əsas Səhifə > Manşet / Rəsmi > “Xocalı Soyqrımı İnsan Hüquqları Müstəvisində”

“Xocalı Soyqrımı İnsan Hüquqları Müstəvisində”


19-02-2018, 17:30

Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən Qazax rayonunda bu mövzuda tədbir keçirilib


“Xocalı Soyqrımı İnsan Hüquqları Müstəvisində”
Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə rayonun fəal gəncləri, gənc dövlət qulluqçuları, bələdiyyə üzvləri, yerli KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bu gün keçirilən tədbir də həmin tədbirlərin tərkib hissəsidir.
“Xocalı Soyqrımı İnsan Hüquqları Müstəvisində”
Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov “Xocalı Soyqrımı İnsan Hüquqları Müstəvisində” mövzusunda çıxış edib. O, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın təsdiq edildiyini qeyd edib. Bildirib ki, göstərilən tədbirlər planına, həmçinin Ombudsman təsisatının tədbirlər planına əsasən, Müvəkkil tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı paytaxtda və rayonlarda regional mərkəzlərin əməkdaşlarının iştirakı ilə silsilə dəyirmi masalar, konfranslar, seminarlar, sərgilər və digər tədbirlər keçirilir.

Qazax RİHB Aparatında hüquq şöbəsinin məsləhətçisi Səba Paşayeva Xocalı soyqırımını rəqəmlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Xocalı Soyqrımı İnsan Hüquqları Müstəvisində”
Tədbirdə soyqırım dəhşətlərini özündə əks etdirən film nümayiş olunub.

GOYEZEN.AZ

Geri qayıt