Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Cənab Prezident, Siz tarix yazan Müzəffər Ali Baş Komandansınız”

Vətəndaş məktubundan: “Cənab Prezident, Siz tarix yazan Müzəffər Ali Baş Komandansınız”


18-08-2025, 15:19


Sənan Xəlilovdan, 

Hörmətli cənab Prezident,

Dünyanın supergüc dövləti ABŞ-yə səfəriniz zamanı əldə etdiyiniz tarixi nailiyyətlərlə qürur duyuruq. Ağ Evdə bayrağımızın dalğalanması, sülh sazişinin paraflanması, 907-ci düzəlişin ləğvi, Minsk Qrupunun buraxılması, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın əldə olunması, Ermənistanın ərazi iddialarından imtinası böyük uğurdur.

Bu uğurların davamlı olması siyasi və strateji yolun çox düzgün seçilməsindən xəbər verir. Bizi irəlidə hələ çox böyük uğurların gözlədiyinə əminik.

Siz tarix yazan Müzəffər Ali Baş Komandansınız.

Hörmətlə,

Xəlilov Sənan Çingiz oğlu,

tələbə

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi,

18 avqust 2025-ci il

https://president.az/az/articles/view/69803


Geri qayıt