Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi qəbul edilib

Vətəndaşlar fərdi qəbul edilib


12-02-2018, 23:02
Vətəndaşlar fərdi qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəbul günlərindən başqa vaxtlarda da vətəndaşları fərdi şəkildə qəbul edir, onlara diqqət və qayğı ilə yanaşır.

Ona görə də rayon sakinləri öz arzu və istəklərini İcra Başçısına operativ olaraq çatdıra bilirlər.

Bu gün Rəcəb Babaşov bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib.

Bağanıs Ayrım kənd sakini, şəhərdə məskunlaşmış Məhərrəmov Vidadi Alməmməd oğlu həyat yoldaşı Məhərrəmova Heyranə Mayıl qızı ilə birlikdə İcra Başçısının qəbulunda olub. Rayon rəhbərliyindən mənzillə təmin olunmalarına köməklik göstərilməsini xahiş edib. Rəcəb Babaşov vətəndaşları diqqətlə dinlədikdən sonra onlara köməklik olunacağını deyib.

Yuxarı Əskipara kənd sakini, Bakı şəhərində kirayədə yaşayan İsayeva Kamilə Telman qızı ərizəsinə əsasən rayon rəhbərliyinin qəbulunda olaraq mənzillə təmin olunmasını xahiş edib. Vətəndaşa yer təklif olunmasına baxmayaraq razılaşmayıb. Belə olan halda vətəndaşa bildirilib ki, yay aylarında rayondakı səhiyyə binaları boşalan zaman qaldırılan məsələyə baxılacaqdır.

Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
GOYEZEN.AZ


Geri qayıt