• Təqvim

  • Unutma

  • Maraq



Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bədii hissəsi “Damcılı” bulağında təşkil olunub

Xəbər verdiyimiz kimi, bu gün Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş BeynəlxalqElmi Konfrans keçir­ilib. "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib, 60-dan artıq məruzə dinlənilib. Dinlənilən məruzələrdə Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s. məsələlər müzakirə olunub. Açılış iclasından sonra konfrans Bakı Dövlət Universitetinin Qazax filialında 8 bölmə iclası ilə öz işini davam etdirib.

Qazax rayonu ilə tanışlıqla yanaşı, günün ikinci yarısında ”Damcılı” bulağında konfransın bədii hissəsi təşkil olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən konfransın əhəmiyyətindən söz açıb və təşkilatlara, əməyi keçən insanlara rayon ziyalıları adından minnətdarlığını bildirib. Təhsilimizin yaşadılmasında, tarixi köklərimizə sahib çıxmağımızda bu cür konfransların böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə iştirak edən qonaqlar da öz növbələrində konfransın belə yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə dərin minnətdarlıqlarını çatdırıblar. Bu cür konfransaların bundan sonra da təşkil olunacağını, gələcəyimiz olan gənclərin daha savadlı olması, ölkə təhsilinin inkişafı naminə bundan sonra da hər kəsin öz sahəsi üzrə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Aşıqlardan Camoy Qurbanovun, Hüseyn Kəmərlinin, Samir Allahverdiyevin, Şahin Süleymanovun bir–birindən şən saz havaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Zəngin və xoş təəssüratlarla başa çatan görüşün sonunda xatirə şəkilləri çəkdirilib. 












GOYEZEN.AZ



Facebook-da paylaş