Əsas Səhifə > Kənd təsərrüfatı > 2023-cü ildə Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2023-cü ildə Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri18-03-2024, 10:02 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2023-cü ildə Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı ilkin hesablamalara əsasən 542149,4 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən 2,3 faiz azalmışdır. Məhsul buraxılışının həcmi 2022-ci illə müqayisədə sənayedə 10,0 faiz, tikintidə 5,8 faiz azalmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 25,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 10,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,4 faiz artmışdır. 2023-cü il ərzində məhsul və xidmətlərin 84,1 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 5644,5 manat təşkil etmişdir. Sənaye: 2023-cü il ərzində faktiki qiymətlərlə 222 milyon 692,0 min manatlıq və ya 2022-ci ilə nisbətən 10,0 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 12,0 faiz, emal sektoru 74,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 12,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,7 faiz təşkil etmişdir. Məhsulun 86,8 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilə nisbətən faktiki qiymətlərlə 27,5 faiz artmışdır. 2023-cü ildə mədənçıxarma sektorunda 26 milyon 650,6 min manatlıq, emal sektorunda 166 milyon 618,5 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilə nisbətən məhsul istehsalı mədənçıxarma sektorunda 26,2 faiz, emal sektorunda 12,6 faiz azalmışdır. Emal sektorunda 2022-ci ilə nisbətən tikinti materiallarının istehsalı 4,4 faiz, mebellərin istehsalı 7,1 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2022-ci ilə nisbətən 4,4 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 98622,2 MVt.s elektrik enerjisi, 145,1 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 21,3 faiz artmış, əhaliyə və digər istehlakçılara 1089,4 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ildə heyvandarlıq sahəsində 5626,2 ton ət (diri çəkidə), 31724,0 ton süd, 12700,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilə nisbətən ət istehsalı 56,8 ton (1,0 faiz), süd istehsalı 63,4 ton (0,2 faiz) azalmış, yumurta istehsalı 30,0 min ədəd (0,2 faiz), yun istehsalı isə 1,4 ton (0,6 faiz) artmışdır. 2024-cü ilin yanvar ayının 1-nə 29495 baş iribuynuzlu mal-qara (ondan 16054 baş inək və camış), 126349 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilə nisbətən mal-qaranın baş sayı 0,4 faiz azalmış, qoyun və keçilərin baş sayı isə 0,3 faiz artmışdır. Tikinti: 2023-cü il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 61 milyon 401,3 min manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 0,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 58 milyon 236,0 min manatı və ya 94,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat: 2023-cü il ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 14533,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilə nisbətən 21,9 faiz artım müşahidə olunmuşdur. 2023-cü ildə avtomobil nəqliyyatı ilə 1410,0 min ton yük daşınmış və 2022-ci ilə nisbətən 10,1 faiz artmışdır. İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ildə faktiki qiymətlərlə 2 milyon 334,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 2 milyon 35,6 min manatı və ya 87,2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 10,4 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 85,8 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilə nisbətən 5,2 faiz artmışdır. Pərakəndə ticarət: 2023-cü ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 295 milyon 729,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 43 milyon 971,4 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 32,7 faiz artmışdır. Ticarət şəbəkələrində 172 milyon 582,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 123 milyon 147,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci illə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 2,0 faiz, qeyri-ərzaq məhsullarının satışı 2,9 faiz artmışdır. İstehlak qiymət indeksləri: 2023-cü ilin dekabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 0,4 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətlərində 0,9 faiz bahalaşma, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,1 faiz ucuzlaşma müşahidə olunmuş, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. 2023-cü ilin yanvar-dekabr aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 8,7 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 12,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 5,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 5,9 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı: 2023-cü ildə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 652,6 manat, dövlət sektorunda 651,2 manat, qeyri-dövlət sektorunda 654,6 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1115,7 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 851,4 manat, maliyyə və sığorta sahəsində 1420,1 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 405,8 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 964,6 manat, təhsil sahəsində 589,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 707,4 manat, istirahət, əyləncə və incəsənət sahəsində 474,2 manat təşkil etmişdir. Demoqrafik vəziyyət: 2023-cü ildə rayon əhalisinin sayı 433 nəfər artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 96 min 206 nəfər təşkil etmişdir. Cədvəl 1 Makroiqtisadi göstəricilər
Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla Ümumi məhsul buraxılışı 2023-cü il ərzində 542 milyon 149,5 min manat həcmində və ya 2022-ci ilə nisbətən 2,3 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 5647,4 manat təşkil etmişdir. 2023-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 222 milyon 692,0 manat (41,1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 152 milyon 272,2 min manat (28,1 faiz), tikintidə 58 milyon 236,0 manat (10,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 11 milyon 981,7 manat (2,2 faiz), informasiya və rabitə sahəsində 2 milyon 334,2 min manat (0,4 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 94 milyon 633,4 min manat (17,5 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 10,0 faiz, tikintidə 5,8 faiz azalmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 25,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 10,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,4 faiz artmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
Qrafik1 2023-cü ildə ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə Qrafik 2 2023-cü ildə ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə
Sənaye 2023-cü il ərzində sənaye müəssisələri tərəfindən 222 milyon 692,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci illə müqayisədə 10,0 faiz az olmuşdur. Ümumi istehsalın 95,1 faizini sənaye məhsulları, 4,9 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 74,8 faizi emal, 12,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 12,0 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilə nisbətən faktiki qiymətlərlə 1,3 dəfə artaraq 193 milyon 329,3 manat və ya sənaye məhsulunun 86,8 faizini təşkil etmişdir. Qrafik 3 2023-cü ildə məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 226 milyon 131,2 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 11001,7 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 4,9 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Emal sektorunun müəssisələri tərəfindən 2023-cü il ərzində 166 milyon 618,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 74,8 faiz təşkil etmiş və 2022-ci ilə nisbətən 12,6 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (89,6 faiz), qida məhsullarının istehsalı (3,5 faiz), mebellərin istehsalı (5,9 faiz) təşkil edir. Qida məhsullarının istehsalı faktiki qiymətlərlə 2,6 faiz artaraq 5 milyon 776,5 min manata çatmış və bölmənin məhsullarının 3,5 faizini təşkil etmişdir. İçki istehsalının real həcmi 1 milyon 185,5 min manat olmuş, bölmə üzrə məhsulun 0,7 faizini təşkil etmişdir. Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 8,4 min manatlıq məhsul istehsal edilmişdir. 2024-cü ilin yanvar ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü ildə 27 milyon 873,5 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci illə müqayisədə 4,4 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 98622,2 MVts elektrik enerjisi, 145,1 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilə nisbətən 21,3 faiz artmış və 1 milyon 549,4 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1089,4 min kubmetr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2023-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 61 milyon 401,3 min manat və ya 2022-ci illə müqayisədə 0,8 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 58 milyon 236,0 min manatı və ya 94,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 92,3 faizini dövlət sektoru, 7,7 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər
Qrafik 4 Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2023-cü ildə fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 12 milyon 664,0 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 12 milyon 491,5 min manatını, yaxud 98,6 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 95,0 faizini tikinti, yenidənqurma və genişləndirmə, 0,4 faizini əsaslı təmir işləri, 3,2 faizini sair işlər) təşkil etmişdir. 1,4 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Cədvəl 6 Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2023-cü il)
Kənd təsərrüfatı 2023-cü ildə kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 152 milyon 272,2 min manat təşkil etmiş, 2022-ci ilə nisbətən 4,4 faiz artmışdır. Bitkiçilik: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 7-ci cədvəllə xarakterizə olunur: Cədvəl 7 Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
Cədvəl 8 01.01.2024-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq
Heyvandarlıq: 2023-cü ildə heyvandarlıq bölməsində diri çəkidə 5626,2 ton ət, 31724,0 ton süd, 12700,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2022-ci ilə nisbətən yumurta istehsalı 30,0 min ədəd, yun istehsalı 1,4 ton artmış, ət istehsalı 56,8 ton, süd istehsalı isə 63,4 ton azalmışdır. Cədvəl 9 Heyvandarlıq məhsullarının istehsalı, sentner
2024-cü ilin yanvar ayının 1-i tarixinə 29495 baş iribuynuzlu mal-qara (ondan 16054 baş inək və camış), 126349 baş qoyun və keçi mövcud olmuşdur. Keçən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 107 baş (0,4 faiz), inək və camışların sayı 15 baş (0,1 faiz) azalmış, qoyun və keçilərin sayı 345 baş (0,3 faiz) artmışdır. Cədvəl 10 Mal-qaranın sayı, 01.01.2024-cü il tarixinə, baş
Nəqliyyat 2023-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 14533,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilə nisbətən 21,9 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
2023-cü ildə avtomobil nəqliyyatı ilə 1410,0 min ton yük daşınmış və 2022-ci ilə nisbətən 10,1 faiz artmışdır. Cədvəl 12 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
2023-cü il ərzində nəqliyyat müəssisələri tərəfindən 11 milyon 981,7 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilə nisbətən 25,5 faiz artmışdır. Göstərilmiş xidmətin 987,6 min manatı (8,2 faizi) dövlət sektorunun, 10 milyon 994,1 min manatı (91,8 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 13
İnformasiya və rabitə İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ildə 2022-ci illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 10,4 faiz artaraq 2334,2 min manat təşkil etmişdir ki, onun da 2035,6 min manatı (87,2 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilə nisbətən 2,2 faiz artmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 85,7 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 14,3 faiz təşkil etmişdir. Cədvəl 14 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
İstehlak bazarı 2023-cü il ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 339 milyon 700,7 min manat olmaqla 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artmışdır. Cədvəl 15 İstehlak bazarı üzrə əsas göstəricilər
Əmtəə bazarı 2023-cü ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 295 milyon 729,3 min manatlıq məhsul satılmış və onun 172 milyon 582,0 min manatını (58,4 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 123 milyon 147,3 min manatını (41,6 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2022-ci ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 2,4 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 2,9 faiz artmışdır. Cədvəl 16 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
2023-cü ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 256,7 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 150,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 106,7 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 21,4 faizini hüquqi şəxslər, 16,6 faizini fərdi sahibkarlar tərəfindən, 62,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 17 Məhsul bazarı üzrə əsas göstəricilər
Qrafik 5 2023-cü ildə pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 18 Pərakəndə ticarət dövriyyəsinin dinamikası
01.01.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 8 milyon 938,6 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2023-cü il ərzində ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə 12,5 faiz artaraq 4 milyon 100,0 min manat olmuşdur. Cədvəl 19
Əhaliyə göstərilən ödənişli xidmətlər 2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilə nisbətən real ifadədə 32,7 faiz artaraq 43 milyon 971,4 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 34 milyon 471,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 78,4 faizini təşkil etmişdir. Cədvəl 20 Ödənişli xidmətlərin göstərilməsi
2023-cü ildə əhalinin hər bir nəfəri orta hesabla 458,0 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 21 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 30,0 faiz təşkil etmişdir. Cədvəl 22 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
Qrafik 6 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə Qiymət indeksləri İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4 faiz, 2023-cü ilin yanvar-dekabr ayları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 108,7 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,9 faiz, 2023-cü ilin yanvar-dekabr ayları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 112,6 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 99,9 faiz, 2023-cü ilin yanvar-dekabr ayları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,3 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,0 faiz, 2023-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,9 faiz təşkil etmişdir. Cədvəl 23 İstehlak qiymətləri indeksinin dəyişməsi
..ardı
Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ildə 11179 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7008 nəfər (62,7 faiz), qeyri-dövlət sektorunda isə 4171 nəfər (37,3 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,0 faizi sənaye (o cümlədən 2,8 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 1,3 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 80,9 faizi xidmət sahələrində, o cümlədən 27,7 faizi təhsil, 21,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,3 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2023-cü ildə hüquqi şəxslər üzrə 81 yeni iş yeri açılmış və 1144 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 18,5 faizi yeni, 81,5 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 24 2022 və 2023-cü illərdə yeni açılmış iş yerlərinin xarakteristikası
Qrafik 7 2023-cü ildə yeni açılmış iş yerləri strukturu (fərdi sahibkarlar istisna olmaqla) (yekuna görə, faizlə) Əməkhaqqı 2023-cü ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 652,6 manat, həmçinin, dövlət sektorunda 651,2 manat, qeyri-dövlət sektorunda 654,6 manat təşkil etmiş, 2022-ci ilə nisbətən rayon üzrə 16,4 faiz, o cümlədən dövlət sektoru üzrə 11,7 faiz, qeyri-dövlət sektoru üzrə isə 25,0 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1115,7 manat, mədənçıxarma sənayesində 959,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 851,4 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 868,6 manat, maliyyə və sığorta sahəsində 1420,1 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 964,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 707,4 manat təşkil etmişdir. Cədvəl 25 2023-cü ildə iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
*) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 8 2023-cü və 2022-ci illərdə rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla Demoqrafik vəziyyət 01.01.2024-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20,1 min nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 65,3 min nəfər (68,2 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 10,8 min nəfər (10,8 faiz) əhali vardır. Qazax rayonu üzrə əhalinin sayı 2023-cü ildə 433 nəfər artaraq 01.01.2024-cü il tarixinə 96 min 206 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 318 nəfər) kişilər, 50,8 faizini (48 min 888 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 26 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2023-cü ildə rayonda 1140 nəfər doğulan körpə, 719 ölüm, 559 nikaha daxilolma, 163 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 11,9, ölənlər 7,5, nikahlar 5,8, boşanmalar 1,7 təşkil etmişdir. Qrafik 9 2023-cü və 2022-ci ildə demoqrafik göstəricilər, nəfərlə Cədvəl 27 Əhalinin mexaniki hərəkətinin göstəriciləri
2023-cü il ərzində rayon üzrə miqrasiya saldosu müsbət 12 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |