Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda artıq barama tədarükünə başlanılıb
Qazaxda artıq barama tədarükünə başlanılıb8-06-2023, 12:21 |
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində məqsədyönlü işlər görülür. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində məqsədyönlü işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu il artıq səkkizinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 3200 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 80 qutu ipəkqurdu toxumu təhvil verilib. Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama tədarükünə başlayıblar. İyunun 7-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 896 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
GOYEZEN.AZ Geri qayıt |