Əsas Səhifə > Kənd təsərrüfatı > 2022-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2022-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


13-08-2022, 14:39


2022-ci ilin yanvar-iyun aylarında ölkədə 63364,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul isteahsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artmışdır. ÜDM istehsalının 53,3 faizi sənaye, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 6304,9 manata bərabər olmuşdur. Rayonun iqtisadiyyatının əsas  göstəriciləri ilkin hesablamalara əsasən aşağıdakı cədvəldə qeyd olunduğu kimidir:      

 

 

Göstəricinin adı

 

Məhsul və xidmətlərin  satışından əldə olunan  gəlir, min manatla

2022-ci     ilin  yanvar-iyun ayları 2021-ci ilin

yanvar-iyun aylarına  nisbətən, faizlə

(müqayisəli qiymətlərlə)

Yanvar-iyun     ayları

2022

2021

Ümumi  məhsul     buraxılışı, o cümlədən

 

158684,4

 

118559,0

 

112,0

Sənaye  

34760,4

25665,3

86,4

Kənd  təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq  

 

52317,2

 

47003,6

 

95,1

Tikinti

27883,7

9398,2

296,7

Nəqliyyat və anbar  təsərrüfatı

4655,1

3949,6

117,6

İnformasiya  və     rabitə

1000,9

956,5

105,5

Ticarət, nəqliyyat  vasitələrinin təmiri

 

38067,1

 

32357,2

 

102,9

Əsas kapitala yönəldilən  investisiyalar

 

28069,5

 

9962,9

 

281,7

Nəqliyyat sektorunda yük  daşınması, min ton

 

598,0

 

540,0

 

110,7

Nəqliyyat sektorunda  sərnişin daşınması, min sərnişin

 

6052,0

 

5013,0

 

120,7

Pərakəndə əmtəə dövriyyəsi

114660,0

98650,0

102,9

Əhaliyə göstərilən ödənişli xidmətlər

 

14535,0

 

12270,0

 

107,3

Orta aylıq nominal əməkhaqqı (manatla)

536,0

476,0

112,6






























İlkin hesablamalara əsasən 2022-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul əvvəlki ilin birinci yarımili ilə müqayisədə 12,0 faiz artaraq 158684,4 min manat təşkil etmişdir. Məhsul buraxılışı sənayedə 13,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,9 faiz azalmış, informasiya və rabitə sahəsində 4,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,9 faiz, tikintidə 3,0 dəfə, nəqliyyat və anbar təsərrüfatında 17,6 faiz artmışdır. Ən çox azalma sənaye sahəsində müşahidə olunmuşdur. İlkin hesablamalara əsasən 2022-ci ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 536,0 manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz çoxdur. Rayonda 2022-ci ilin yanvar-iyun aylarında məhsul buraxılışının strukturu aşağıdakı kimidir:


ƏHALİ

01.07.2022-ci il tarixinə rayon əhalisinin sayı ilkin hesablamalara əsasən cari ilin altı ayı  ərzində 168 nəfər, 0,1 faiz artaraq 99346 nəfərə çatmışdır. Əhalinin hər bir kvadratkilometrə düşən sayı 143 nəfər olmuşdur. Rayon əhalisinin 21989 nəfəri şəhər, 77357 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,0 faizi kişilərin, 51,0 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi tərəfindən birinci yarımil ərzində 519 nəfər doğum, 374 nəfər ölüm, 204 nikah və 62 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 10,5, ölənlərin sayı 7,6, nigahların sayı 4,1, boşanmaların sayı isə 1,3 olmuşdur. Altı ay ərzində 23 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə alınmışdır. 01.07.2022-ci il tarixə rayonda üzvlərinin sayı 4173 nəfər olmaqla 982 ailə məcburi  köçkündür.

Rayon üzrə bəzi demoqrafik göstəricilər

 

Göstəricilər

Yanvar-iyun ayları

Nəfər

Əhalinin hər 1000 nəfərinə

2022-ci il*

2021-ci il

2022-ci il*

2021-ci il

Ümumi artım

168

112

3,4

2,2

Təbii artım

145

68

2,9

1,4

Doğulanlar

519

501

10,5

10,2

Ölənlər

374

433

7,6

8,8

Miqrasiya saldosu

+23

+44

0,5

0,9

Nikahlar

204

281

4,1

5,7

Boşanmalar

62

57

1,3

1,2

Gələnlər

23

44

0,5

0,9

*ilkin məlumat

KƏND TƏSƏRRÜFATI

2022-ci ilin birinci yarımilində kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 52317,2 min manat təşkil etmişdir ki, bu ümumi məhsul buraxılışının 33,0 faizini təşkil edir. Ümumi məhsul istehsalının 24403,3 min manatı bitkiçilik, 27913,9 min manatı isə heyvandarlıq məhsullarıdır. 

Bitkiçilik. Dövlət Statistika Komitəsinin yerli statistika orqanları üçünişlər proqramına əsasən rаyonda əkin sahələrinin qəti uçotu aparılmış və məlum olmuşdur ki, 2022-ci ilin məhsulu üçün 18970,2 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir. Əkin sahəsi keçən ilə nisbətən 1460,2 hektar artmışdır. Əkilmiş sahənin 11312,0 hektarı payızlıq taxıl sahəsidir ki, bunun 4863,0 hektarını buğda, 6449,0 hektarını arpa sahəsi təşkil edir.  

Əkin sahəsinin quruluşu


2022-ci ilin məhsulu üçün payızlıq və yazlıq 11541,2 hektar qarğıdalısız dənlilər və dənli paxlalı bitkilər əkilmiş sahə vardır. Bu da ötən ilə nisbətən 1090,7 hektar çoxdur. 687,2 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 13,6 hektarı buğda, 38,6, hektarı arpa, 90,0 hektarı vələmir, 474,0 hektarı qarğıdalı, 71,0 hektarı sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq dənlilərin əkin sahəsi 30,3 hektar azalmışdır. 44,0 hektar sahədə   texniki bitki olan günəbaxan əkilmişdir. Əkinlər ailə kəndli təsərrüfatları tərəfindən aparılmışdır. 2022-ci ildə rayonda 2129,0 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1270,0 hektarı kartof, 822,0 hektarı tərəvəz, 37,0 hektarı bostan bitkiləri əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 203,0 hektar, bostan bitkiləri 2,0 hektar, tərəvəz 148,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 62,0 hektarını kələm, 126,0 hektarını xiyar, 222,0 hektarını pomidor, 27,0 hektarını baş soğan, 20,0 hektarını sarımsaq, 36,0 hektarını badımcan, 32,0 hektarını şirin bibər, 27,0 hektarını acı bibər, 90,0 hektarını göyərti, 180 hektarını yaşıl lobya əkilmiş sahə təşkil etmişdir. Əkin sahəsinin 4782,0 hektarı yemlik bitkilərdir ki, 589,0 hektarı cari ildə əkilmiş yonca, 4193,0 hektarı isə keçmiş illərdə əkilmış yonca sahəsidir. Keçən illə müqayisədə cari  ildə əkilmiş yonca 142,0 hektar azalmış, keçmiş illərdə əkilmiş yonca isə 157,0 hektar  artıq olmuşdur. 

2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi

                                                                                                       hektarla

Sıra

Bitkinin adı

2022-ci il

2021-cı il

2022-ci il 2021-ci ilə  nisbətən fərq, + -

1

Payızlıq dənlilər

11312,0

10003,0

+1309,0

2

Yazlıq dənlilər

687,2

717,0

+29,8

3

Paxlalılar

16,0

197,0

-181,0

4

Texniki bitkilər

44,0

49,0

-5,0

5

Kartof

1270,0

1067,0

203,0

6

Tərəvəz

822,0

674,0

+148,0

7

Bostan bitkiləri

37,0

35,0

+2,0

8

Yemlik bitkilər

4782,0

4767,0

+15,0

 

Cəmi əkin sahəsi

18970,2

17510,0

+1460,2

01.07.2022-ci il tarixə 7013,0 hektar dənli bitkilər əkilmiş sahə biçilmiş, 230506,0 sentner məhsul toplanmışdır. 1050,0 hektar buğda əkilmiş sahədən 39690,0 sentner, 5963,0 hektar arpa əkilmiş sahədən 190816,0 sentner məhsul əldə edilmişdir. Taxılın orta məhsuldarlığı 32,9 sentner, buğdanın məhsuldarlığı 37,8 sentner, arpanın məhsuldarlığı isə 32,0 sentner olmuşdur. Sahələrdən 75785,0 sentner tərəvəz, 39000,0 sentner yem bitkiləri, 37977,8 sentner meyvə yığılmışdır. Məhsul toplanışı davam edir.

Heyvandarlıq. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:

S/N

Məhsulun adı

Ölçü vahidi

2022-ci ilin  yanvar-iyun  ayları

 

2021-ci ilin yanvar-iyun  ayları

Fərq +,-

1

Ət (diri çəkidə)

ton

2670,4

2679,3

-8,9

2

Süd

ton

16586,7

16631,4

-44,7

3

Yumurta

min ədəd

6018,0

6015,0

+3,0

4

Yun

ton

236,2

248,0

-11,8










Heyvandarlıq məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.07.2022-ci il tarixə mal-qaranın baş sayı aşağıdakı cədvəldəki  kimidir:

 

 

 ölçü

vahidi

 

01.07.2019

 

 

01.07.2020

 

 

01.07.2021

 

 

01.07.2022

01.07.2022-ci il

01.07.2021-ci ilə nisbətən,  faizlə

İribuynuzlu mal-qara

baş

30420

30331

30173

30228

100,2

O cümlədən: inək və camışlar

 

baş

 

16497

 

16468

 

16361

 

16190

 

99,0

Qoyun və keçilər

baş

145258

144006

138111

129533

93,8

SƏNAYE

2022-ci ilin yanvar-iyun ayları ərzində rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında istehsal olunan sənaye məhsulları da daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 34760,4 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 11589,4 min manatı, 33,3 faizi dövlət sektorunun, 23171,0 min manatı, 66,7 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 63,7 faizi sənaye məhsulu istehsalının, 36,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2022-ci il tarixinə 2477,3 min manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir:

 


Mədənçıxarma sənayesində istehsalın dəyəri 14287,0 min manat olmaqla ümumi məhsul buraxılışının 41,1 faizini təşkil edir. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 58197,0 ton, tikinti daşı istehsalı isə 17300,0 ton, əhəng  daşı tozu istehsalı 19694,8 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 8828,5 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi sənaye məhsulunun 25,4 faizini təşkil edir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda altı ay ərzində göstərilən xidmətlərin dəyəri 11204,0 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların altı ay ərzində həcmi 440,9 min manat təşkil etmişdir. Bu, məhsul istehsalının 1,3 faizini təşkil edir. 2022-ci ilin yanvar-iyun aylarında istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi aşağıdakı kimidir:

 

Məhsulun  adı

Ölçü vahidi

2022-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir

İstehlakçılara göndərilmişdir

Hesabat dövrünün sonuna

məhsul  qalığı

2021-ci  ilin yanvar-iyun aylarında

istehsal edilmişdir

2022-ci ilin yanvar-iyun ayları

2021-ci ilin yanvar-iyun aylarına nisbətən,

faizlə

İnşaat üçün əhəng daşı

ton

17300,0

17300,0

-

18100,0

95,6

Bentonit (əmtəəlik)

ton

58197,0

88541,0

165950,0

130777,0

44,5

Tikinti qumu

ton

4000,0

4000,0

-

2100,0

190,5

Çınqıl

ton

23400,0

23400,0

-

12000,0

195,0

Əhəng daşı tozu

ton

17756,0

17756,0

-

12203,0

145,5

Şirinləşdirilməmiş mineral və qazlı su

min dkl

 

12,9

 

12,9

 

-

 

5,6

 

230,4

Araq

min dkl

3,8

2,78

2,07

11,0

34,5

Xalça

kv.m

24,0

24,0

-

6,0

400,0

Yataq mebel dəsti

ədəd

977

977

-

469

208,3

Qonaq otağı üçün mebel

ədəd

952

952

-

684

139,2

Elektrik enerjisi (əmtəəlik)

 

qvt.s

 

47,0

 

47,0

 

-

 

50,3

 

93,4

Qaz (əmtəəlik)

mln

kub metr

 

62,1

 

62,1

 

-

 

57,1

 

108,8

Su (əmtəəlik)

min kub metr

318,2

318,2

-

411,5

77,3































2022-ci ilin yanvar-iyun aylarında rayonda müəssisələr tərəfindən 17300,0 ton tikinti daşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 58197,0 ton olmuş, 88541,0 ton gil satılmış və 2022-ci ilin iyul ayının 1-i tarixinə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 165950,0 ton gil, 2,07 min dekalitr araq qalığı olmuşdur. Yanvar-iyun ayları ərzində mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 977 ədəd yataq mebel dəsti, 952 ədəd yemək və qonaq otağı üçün mebel istehsal olunub satılmışdır. 2022-ci ilin yanvar-iyun aylarında rayonda 47,0 qvts elektrik enerjisi, 62,1 milyon kub qaz bölüşdürülmüş, 318,2 min kub su istehsal olunub satılmışdır. 2022-ci ilin yanvar-iyun ayları ərzində rayonun sənaye müəssisələrində muzdla çalışan işçilərin orta sayı 907 nəfər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,1 faiz təşkil edir. İşçilərin 359 nəfəri dövlət, 548 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 310 nəfəri mədənçıxarma, 234 nəfəri emal, 202 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 161 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır. İlkin hesablamalara əsasən sənaye müəssisələrində işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 589,6 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 605,9 manat, qeyri-dövlət sektorunda isə 578,9 manat təşkil etmişdir. Sənaye müəssisələrinə altı ay ərzində 89 nəfər işçi qəbul edilmiş, 101 nəfər işdən azad edilmişdir.  

TİKİNTİ

2022-ci ilin yanvar-iyun aylarında rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 2773,5 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 28069,5 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 27883,7 min manatı və ya 99,3 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir.  

Əsas kapitala yönəldilən investisiya

                                                                                    (min manatla)

 

Yanvar-iyun

2022-ci ilin yanvar-iyun ayları 2021-ci

ilin yanvar-iyun aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-iyun ayları 2021-ci

ilin yanvar-iyun aylarına nisbətən, fərq +-

 

2022-ci il

 

2021-ci il

Rayon üzrə-cəmi, o cümlədən

28069,5

9962,9

2,8 dəfə çox

+18106,6

 Dövlət mülkiyyəti

24819,4

6723,9

3,7 dəfə çox

+18095,5

 Qeyri-dövlət mülkiyyəti

3250,1

3239,0

100,3

+11,1

o cümlədən

 

 

 

 

Əhalinin şəxsi vəsaiti

2770,0

3160,0

87,7

-390,0

Altı ay ərzində 62 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bundan 27-i kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 10290,0 kv/m, yaşayış sahəsi isə 6110,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 2570,0 min manatdır.       

Tikinti quraşdırma işləri

                                                                                                               min manatla

 

Yanvar-iyun

2022-ci ilin yanvar-iyun ayları 2020-ci

ilin yanvar-iyun aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-iyun

ayları 2021-ci

ilin yanvar-iyun aylarına nisbətən,

fərq +-

 

2022-ci il

 

2021-ci il

Rayon üzrə, o cümlədən

27883,7

9398,2

3,0 dəfə çox

+18485,5

Dövlət mülkiyyəti

24772,1

6396,2

3,9 dəfə çox

+18375,9

Qeyri-dövlət mülkiyyəti

3111,6

3002,0

103,7

+109,6

 o cümlədən

 

 

 

 

Əhalinin şəxsi vəsaiti

2631,5

3002,0

87,7

-370,5

Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 1086,5 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 106,0 faiz təşkil edir. 2022-ci ilin 1-ci yarımilində tikinti sektorunda işləyən işçilərin orta sayı 118 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 468,0 manat təşkil etmişdir. 

TİCARƏT

2022-ci ilin yanvar-iyun aylarında rayonda 36 ticarət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə 114660,0 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq malları 64,1 faizlə üstünlük təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 102,9 faiz olmuşdur.

2022-ci ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsi

                                                                                                min manatla

 

Yanvar-iyun ayları

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən,

faizlə

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən,

fərq+-

 

 

2022-ci il

 

 

2021-ci il

Pərakəndə əmtəə dövriyyəsinin

həcmi

114660,0

98650,0

116,2

+16010,0

o cümlədən:

 

 

 

 

Hüquqi şəxslər

27318,1

18957,5

144,1

+8360,6

Fərdi sahibkarlar, bazar

və yarmarkalar

 

87341,9

 

79692,5

 

109,6

 

+7649,4

Pərakəndə əmtəə dövriyyəsinin quruluşu


Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 114660,0 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 23,8 faizi hüquqi şəxslərin, 59,5 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 16,7 faizi hüquqi şəxs yaratmadan  sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür. Altı ay ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 1155,1 manatlıq istehlak malları alınmışdır.  

ÖDƏNİŞLİ XİDMƏT VƏ İCTİMAİ İAŞƏ

2022-ci ilin yanvar-iyun ayları ərzində Qazax rayon əhalisinə 14535,0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 18,5 faiz çox pullu xidmət göstərilmişdir. Ümumi ödənişli xidmətin 44,1 faizi (6414,8 min manat) hüquqi şəxslər, 55,9 faizi (8120,2 min manatı) hüquqi şəxs yaratmadan pullu xidmət göstərən fiziki şəxslər tərəfindən təşkil olunmuşdur. Ödənişli xidmətlərin həcmi aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur.

                                                                                                                  min manat

 

Yanvar-iyun ayları

2022-ci ilin

yanvar-iyun ayları 2021-ci ilin

yanvar-iyun

aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-iyun ayları 2021-ci ilin

yanvar-iyun

aylarına nisbətən,

fərq +-

 

 

2022-ci il

 

 

2021-ci il

Ödənişli xidmətin ümumi həcmi-cəmi

 

14535,0

 

12270,0

 

118,5

 

+2265,0

o cümlədən

 

 

 

 

Hüquqi şəxslər

6414,8

5885,2

109,0

+529,6

Fərdi sahibkarlar

8120,2

6384,8

127,2

+1735,4

Hesabat dövründə xidmət müəssisələri hər bir rayon sakininə orta hesabla 146,4 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 manat, yəni 18,1 faiz çox müxtəlif növ ödənişli xidmətlər göstərmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 13,4 faizini (1950,0 min manat) məişət xidməti, 6,2 faizini (895,0 min manat) iaşə xidməti təşkil etmişdir. Məişət və iaşə xidmətləri fiziki şəxslərin payına düşür.

NƏQLİYYAT

2022-ci ilin 1-ci yarımili ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 4655,1 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,9 faizini təşkil edir. 

                                       

                                       

Yanvar-iyun ayları

2022-ci ilin yanvar-iyun  ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən,

fərq +-

 

 

2022-ci il

 

 

 

2021-ci il

Nəqliyyat təşkilatlarında göstərilmiş xidmətlərin dəyəri

 

4655,1

 

3949,6

 

117,6

 

+705,5

Məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz və ya 705,5 min manat artmışdır. Yük daşınmasının həcmi 598,0 min ton olmuş, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur. Altı ay ərzində 6052,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən illə müqayisədə 20,7 faiz çoxdur.    

                                       

                                       

Yanvar-iyun ayları

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin

yanvar-iyun aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən, fərq +-

 

 

2022-ci il

 

 

2021-ci il

Nəqliyyat sektorunda fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin dəyəri

 

3174,9

 

3025,8

 

104,9

 

+149,1

2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda işçilərin orta sayı 343 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 19,0 faiz artaraq 949,9 manat təşkil etmişdir. 

RABİTƏ

2022-ci ilin 1-ci yarımilində rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1000,9 min manat təşkil etmişdir.                                     

 

 

 

 

 

 

Yanvar-iyun ayları

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin

yanvar-iyun aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən,

fərq +-

 

 

2022-ci il

 

 

 

2021-ci il

Rabitə xidmətlərindən əldə olunan gəlir 

1000,9

956,5

104,6

+44,4

Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq telefon rabitəsi 2,7 faiz, şəhər telefon rabitəsi 10,1 faiz, kənd telefon rabitəsi 22,3 faiz, internet xidməti isə 64,9 faiz təşkil etmişdir. 01 iyul 2022-ci il tarixə rayonda 12678 internet abunəçisi olmuşdur. Altı ay ərzində internet qoşulmalarının sayı 239 olmuşdur. Araşdırılan dövr ərzində göndərilən sadə və sifarişli məktub, banderolların sayı 8796 ədəd, daxil olanların sayı isə 28928 ədəd olmuşdur. Poçt müəssisələri tərəfindən 660 ədəd poçt bağlaması göndərilmişdir. Daxil olan bağlamaların sayı 3883 olmuşdur. 

ƏMƏK BAZARI

01 iyul 2022-ci il tarixə rayonda ilkin hesablamalara əsasən muzdla işləyənlərin sayı 10462 nəfər olmuşdur. Muzdla işləyənlərin 3948 nəfəri maddi istehsal sahələrində, 6514 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin  65,0  faizi dövlət, 35,0 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 417 nəfəri, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 916 nəfəri, 8,7 faizi sənaye, 118 nəfəri, 1,1 faizi tikinti, 2471 nəfəri, 23,6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 343 nəfəri, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 126 nəfəri, 1,2 faizi informasiya və rabitə, 102 nəfəri 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 608 nəfəri, 5,8 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3162 nəfəri, 30,2 faizi təhsil, 1320 nəfəri, 12,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 879 nəfəri, 8,5 faizi digər xidmət  sahələrində çalışmışdır. 

Muzdla işləyənlərin strukturu


2022-ci ilin 1-ci yarımilində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən12,6 faiz artaraq 536,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqları 575,8 manat, özəl müəssisələrdə çalışanların əməkhaqqları isə 462,1 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur. 01 iyul 2022-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı 58296 nəfər, məşğul əhalinin sayı 55231 nəfər, işsiz əhalinin sayı isə 3065 nəfərdir. Altı ay ərzində 351 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 200 nəfəri işlə təmin olunmuşdur. 01 iyul 2022-ci il tarixə 51 nəfər məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 39 nəfər isə işsizlikdən sığorta ödənişi alan şəxs vardır. İşsizlik müavinətinin orta aylıq məbləği 318,55 manat təşkil etmişdir. 2022-ci ilin 1-ci yarımilində16 yeni müəssisə, 675 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir. Altı ay ərzində 21 yeni iş yeri açılmışdır.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəis əvəzi


Geri qayıt