Əsas Səhifə > Kənd təsərrüfatı > 2022-ci ilin yanvar-mart aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
2022-ci ilin yanvar-mart aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri9-05-2022, 11:14 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2022-ci ilin yanvar-mart aylarında ölkədə 30037,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artmışdır. ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olmuşdur. Rayonun iqtisadiyyatının əsas göstəriciləri ilkin hesablamalara əsasən aşağıdakı cədvəldə qeyd olunduğu kimidir: min manatla
İlkin
hesablamalara əsasən 2022-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsul əvvəlki
illə müqayisədə 0,3 faiz artaraq 60387,1 min manat təşkil etmişdir. Məhsul buraxılışı sənayedə 18,2 faiz, informasiya və
rabitə sahəsində 2,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda
0,9 faiz azalmış, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,9 faiz, tikintidə 34,0 faiz, nəqliyyat
və anbar təsərrüfatında 17,1 faiz artmışdır. Ən çox azalma sənaye sahəsində müşahidə olunmuşdur. İlkin hesablamalara əsasən
2022-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 541,4 manat
olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz çoxdur.
Rayonda 2022-ci ilin yanvar-mart aylarında məhsul buraxılışının strukturu aşağıdakı kimidir:
ƏHALİ 01.04.2022-ci il tarixinə rayon əhalisinin sayı ilkin hesablamalara əsasən ilin əvvəlindən 52 nəfər artaraq 99230 nəfərə çatmışdır. Əhalinin hər bir kvadratkilometrə düşən sayı 143 nəfər olmuşdur. Rayon əhalisinin 21988 nəfəri şəhər, 77242 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,0 faizi kişilərin, 51,0 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən rüb ərzində 250 nəfər doğum, 210 nəfər ölüm halı qeydə alınmışdır. 2022-ci ilin yanvar-mart aylarında qeydiyyat şöbəsi tərəfindən 97 nikah və 27 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 1,0, boşanmaların sayı isə 0,3 olmuşdur. Rüb ərzində 12 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə alınmışdır. Hal-hazırda rayonda üzvlərinin sayı 4171 nəfər olmaqla 982 ailə məcburi köçkündür. KƏND TƏSƏRRÜFATI 2022-ci ilin 1-ci rübündə kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 12859,7 min manat təşkil etmişdir ki, bu ümumi məhsul buraxılışının 21,3 faizini təşkil edir. Ümumi məhsul istehsalı heyvandarlıq məhsullarıdır. Bitkiçilik məhsulları 1-ci rübdə istehsal olunmamışdır. 2022-ci ilin məhsulu üçün payızda 12245,0 hektar sahədə şum qaldırılmış, 11312,0 hektar sahədə payızlıqların səpini aparılmışdır ki, bundan 4863,0 hektar buğda, 6449,0 hektar arpa sahəsidir. 1823,2 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitkilərin əkin sahəsinin 13,6 hektarını buğda, 69,0 hektarını vələmir, 38,6 hektarını arpa, 12 hektarını noxud, 14,0 hektarını qarğıdalı, 589,0 hektarını çoxillik otlar, 10,0 hektarını dən üçün günəbaxan, 900,0 hektarını kartof, 177,0 hektarını isə tərəvəz bitkiləri təşkil edir. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:
Heyvandarlıq məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.04.2022-ci il tarixə mal-qaranın baş sayı aşağıdakı cədvəldəki kimidir:
SƏNAYE 2022-ci ilin yanvar-mart ayları ərzində rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında istehsal olunan sənaye məhsulları da daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 19500,7 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 7039,4 min manatı, 36,1 faizi dövlət sektorunun, 12461,3 min manatı, 63,9 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 63,7 faizi sənaye məhsulu istehsalının, 36,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2022-ci il tarixinə 2655,1 min manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir:
Mədənçıxarma sənayesində istehsalın dəyəri 7672,2 min manat olmaqla ümumi məhsul buraxılışının 39,3faizini təşkil edir. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 28587 ton, tikinti daşı istehsalı isə 8600,0 ton, əhəng daşı tozu istehsalı 7956,0 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 4766,9 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi sənaye məhsulunun 24,4 faizini təşkil edir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda rüb ərzində göstərilən xidmətlərin dəyəri 6864,6 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların rüb ərzində həcmi 197,0 min manat təşkil etmişdir. Bu məhsul istehsalının 1,1 faizini təşkil edir. 2022-ci ilin yanvar-mart aylarında istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi aşağıdakı kimidir:
2022-ci ilin yanvar-mart aylarında rayonda müəssisələr tərəfindən 8600,0 ton tikinti daşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 28587,0 ton olmuş, 50832,0 ton gil satılmış və 2022-ci ilin aprel ayının 1-i tarixinə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 174049,0 ton gil, 1,0 min dekalitr araq qalığı olmuşdur. Rüb ərzində mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 476 ədəd yataq mebel dəsti, 465 ədəd yemək və qonaq otağı üçün mebel istehsal olunub satılmışdır. 2022-ci ilin yanvar-mart aylarında rayonda 23,1 qvts elektrik enerjisi, 41,2 milyon kub qaz bölüşdürülmüş, 129,3 min kub su istehsal olunub satılmışdır. 2022-ci ilin yanvar-mart ayları ərzində rayonun sənaye müəssisələrində muzdla çalışan işçilərin orta sayı 853 nəfər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,1 faiz təşkil edir. İşçilərin 356 nəfəri dövlət, 497 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 311 nəfəri mədənçıxarma, 180 nəfəri emal, 203 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 159 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır. İlkin hesablamalara əsasən sənaye müəssisələrində işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 600,9 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 604,4 manat, qeyri-dövlət sektorunda isə 598,3 manat təşkil etmişdir. Sənaye müəssisələrinə rüb ərzində 42 nəfər işçi qəbul edilmiş, 64 nəfər işdən azad edilmişdir. ƏSASLI TİKİNTİ 2022-ci ilin yanvar-mart aylarında rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 1280,0 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 6989,0 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 6904,4 min manatı və ya 98,8 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir. Rüb ərzində 31 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bundan 14-ü kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 5010,0 kv/m, yaşayış sahəsi isə 2976,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 1240,0 min manatdır. Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 495,4 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 103,0 faiz təşkil edir. 2022-ci ilin 1-ci rübündə tikinti sektorunda işləyən işçilərin orta sayı 117 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 472,7 manat təşkil etmişdir. İSTEHLAK BAZARI 2022-ci ilin yanvar-mart aylarında rayonda 32 ticarət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə 56714,0 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq malları 62,1 faizlə üstünlük təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 102,9 faiz olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən illə müqayisədə 4,9 faiz artaraq 7658,0 min manat olmuşdur. Məişət xidməti 811,0 min manat, iaşə dövriyyəsi isə 650,0 min manat təşkil etmişdir. Pərakəndə ticarətin quruluşu aşağıdakı kimidir:
Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 56714,0 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 23,6 faizi hüquqi şəxslərin, 62,1 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 14,3 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür. Rüb ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 571,7 manatlıq istehlak malları alınmışdır. Hər bir sakinə 77,2 manatlıq ödənişli xidmət göstərilmişdir. Hüquqi və fiziki şəxslər tərəfindən rayon əhalisinə 650,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin yumşaldılması iaşə xidmətlərinin həcminin keçən ilin 1-ci rübünə nisbətən 83,7 faiz artmasına səbəb olmuşdur. NƏQLİYYAT 2022-ci ilin 1-ci rübü ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 1762,9 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,9 faizini təşkil edir. COVİD-19 koronavirusunun qarşısının alınması məqsədilə nəqliyyat sahəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öz təsirini göstərmişdir. Belə ki, məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz artmışdır. Yük daşınmasının həcmi 389,0 min ton olmuş, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Rüb ərzində 2718,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən illə müqayisədə 17,9 faiz çoxdur. 2022-ci ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda işçilərin orta sayı 348 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 15,3 faiz artaraq 922,6 manat təşkil etmişdir. RABİTƏ 2022-ci ilin 1-ci rübündə rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq 473,6 min manat təşkil etmişdir. Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq telefon rabitəsi 3,2 faiz, şəhər telefon rabitəsi 10,2 faiz, kənd telefon rabitəsi 22,3 faiz, internet xidməti isə 64,3 faiz təşkil etmişdir. 01 aprel 2022-ci il tarixə rayonda 12565 internet abunəçisi olmuşdur. Rüb ərzində internet qoşulmalarının sayı 149 olmuşdur. Araşdırılan dövr ərzində göndərilən sadə və sifarişli məktub, banderolların sayı 620 ədəd, daxil olanların sayı isə 4735 ədəd olmuşdur. Poçt müəssisələri tərəfindən 130 ədəd poçt bağlaması göndərilmişdir. Daxil olan bağlamaların sayı 819 olmuşdur. ƏMƏK BAZARI 01 aprel 2022-ci il tarixə rayonda ilkin hesablamalara əsasən muzdla faktiki işləyənlərin sayı 9477 nəfər olmuşdur. Muzdla işləyənlərin 3000 nəfəri maddi istehsal sahələrində, 6477 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 71,3 faizi dövlət, 28,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 404 nəfəri, 4,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 853 nəfəri, 9,0 faizi sənaye, 117 nəfəri, 1,2 faizi tikinti, 1605 nəfəri, 17,0 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 348 nəfəri, 3,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 126 nəfəri, 1,3 faizi informasiya və rabitə, 100 nəfəri1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 540 nəfəri, 5,7 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3178 nəfəri, 33,5 faizi təhsil, 1328 nəfəri, 14,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 878 nəfəri, 9,3 faizi digər xidmət sahələrində çalışmışdır. Muzdla işləyənlərin strukturu
2022-ci ilin 1-ci rübündə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən 16,1 faiz artaraq 541,4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqları 565,2 manat, özəl müəssisələrdə çalışanların əməkhaqları isə 482,1 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur. 01 yanvar 2022-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı 58277 nəfər, məşğul əhalinin sayı 55209 nəfər, işsiz əhalinin sayı isə 3068 nəfərdir. Rüb ərzində 275 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 127 nəfəri işlə təmin olunmuşdur. 01 aprel 2022-ci il tarixə 26 nəfər məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 13 nəfər isə işsizlikdən sığorta ödənişi alan şəxs vardır. İşsizlik müavinətinin orta aylıq məbləği 320,0 manat təşkil etmişdir. 2022-ci ilin 1-ci rübündə 7 yeni müəssisə, 334 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir. Ötən il qeydiyyatdan keçmiş 2 müəssisə fəaliyyətə başlamış, 6 yeni iş yeri açılmışdır. Faiq PAŞAYEV, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |