Əsas Səhifə > Kənd təsərrüfatı > I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə

I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə

11-07-2017, 17:53
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
Bu gün respublikamızda fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət media tur I Şıxlı kəndli fermer təsərrüfatında olub. AzTV, İctimai TV, İnter TV, Səs TV, Dünya TV, AZƏRTAC dövlət informasiya agentliyi, GOYEZEN.AZ saytı nümayəndələrinin qatıldığı media tur iştirakçıları I Şıxlı kəndli fermer təsərrüfatının fəaliyyəti ilə yaxından tanış olub, təsərrüfata məxsus sahələrdə görülən işlərlə maraqlanıblar.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
Əvvəlcə tur nümayəndələrinə I Şıxlı kəndli fermer təsərrüfatı, fəaliyyəti, işçi heyəti və təsərrüfatda olan texnikalar barədə məlumat verilib. Qeyd olunub ki, I Şıxlı kəndli fermer təsərrüfatı 2016-cı ilin oktyabr ayından istifadəyə verilib. Respublika Prezidenti İlham Əliyev şəxsən təsərrüfatın açılışında iştirak edərək kollektivlə görüşüb, öz tapşırıq və tövsiyələrini verib.

Sonra qeyd olunub ki, bu günədək Qazax rayonu üzrə 11028,3 hektar sahədə taxıl əkilib ki, onun 412 hektarı I Şıxlı kəndli fermer təsərrüfatının payına düşür. Hazırda taxıl biçininə başlanılıb və bu iş 110 hektar sahədə aparılıb. Həmin ərazilərdən 319,960 ton məhsul götürülüb. Bundan əlavə 211,50 hektar ərazidə kartof əkilib və hazırda bütün sahələrdə suvarma gedir. Bu il rayonda ilk dəfə olaraq şəkər çuğunduru əkilib ki, bunun da 106 hektarı təsərrüfatın payına düşür. Hal-hazırda çuğundur sahələrində becərmə, suvarma və kultivasiya işləri həyata keçirilir. Bu il rayon üzrə əkilən 50 hektar tütünün 30 hektarını fermer təsərrüfatının kollektivi öz öhdəsinə götürmüşdür. İndi tütün sahələrində becərmə ilə yanaşı dərim işlərinə də başlanılıb. 20 hektar ərazidə isə nümunə üçün qarğıdalı basdırılıb ki, burada da bütün aqrotexniki qaydalara əməl edilib və suvarma aparılır.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
Müsahibə zamanı qonaqlara bildirilib ki, bu gün təsərrüfatda əkin, səpin və biçin üçün lazım olan müxtəlif adda 45-ə yaxın maşın-mexanizm var ki, bu da təsərrüfatı tam təmin edir. Yüksək təminatı təsərrüfatda olan texnika parkından da aydın şəkildə görmək olar. Onu da qeyd edək ki, buradakı avadanlıqların əksəriyyəti Türkiyədən gətirilib. Texnikanın böyük əksəriyyəti isə Azərbaycan istehsalı olan avadanlıqlardır.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
Sonra KİV nümayəndələri təsərrüfata məxsus olan taxıl, kartof və şəkər çuğunduru sahələrinə baxıblar.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
I Şıxlı kəndli fermer təsərrüfatının direktoru Tərlan Hüseynov görülən işlər barədə mətbuat nümayəndələrinə məlumat verərək qeyd edib ki, kəndli fermer təsərrüfatının 412 hektar taxıl sahəsi var. Həmin sahələrdə 3-4 sort taxıl əkilib. Onlar beş körpü, aran və krasnodar sortlarıdır. Tam dərmanlanmış vəziyyətdə olan və sertifikatı olan həmin toxumlardan bol məhsul gözlənilir. Buna əsas verən bütün aqrotexniki qaydalara riayət olunmasıdır. Vaxtında şumlanma edilib, gübrə verilib, ziyanvericilərə qarşı mübarizə də aparılıb. Hal-hazırda isə sahələrdə biçin prosesi gedir. Biçin aparılan sahələr lazımi texnika ilə tam təmin olunub. Kombaynların biçdiyi taxıl vaxtlı-vaxtında yük maşınları ilə təsərrüfatın anbarına daşınır.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
T.Hüseynov bildirib ki, hələlik hər hektardan 35-38 sentner taxıl götürmüşük. Bu rəqəmin yaxın günlərdə artacağı gözlənilir. Biçilən taxılın satışı barədə danışan təsərrüfat direktoru bildirib ki, respublikamızda qoyulan qiymətlərə uyğun olaraq taxılın satışı təşkil edilir. Satışda heç bir maneə yoxdur və əvvəlki illərə nisbətən bu il alıcıların sayı daha çoxdur. Artıq sifarişlər də qəbul olunub.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
I Şıxlı kəndli fermer təsərrüfatının direktor müavini Anar Yusubov müsahibə zamanı qeyd edib ki, kəndli fermer təsərrüfatında işlər düşünüləndən də artıq səviyyədə həyata keçirilir. Təsərrüfat olaraq hal-hazırda biz istədiyimiz nəticəni almışıq. Gələcəkdə taxıl sahəsinin genişləndirilməsi, tütün və şəkər çuğunduru istehsalının daha da artırılması, ümumiyyətlə bol məhsuldarlığın əldə olunması üçün lazımi işlərin aparılması nəzərdə tutulub.
I Şıxlı kəndli fermer təsərrüfatı mətbuat nümayəndələrinin gözü ilə
I Şıxlı kəndli fermer təsərrüfatı direktorunun I müavini Səfurə Vəliyeva isə təsərrüfatın gələcək inkişafından danışıb. Fermer təsərrüfatında görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, 1000 hektara yaxın ərazidə taxıl, kartof, çuğundur, tütün və qarğıdalı əkmişik. Bu gün bizim təsərrüfatda 60-a yaxın ştat vahidində olan işçimiz var. Eyni zamanda, gün ərzində 120-yə yaxın gündəlik çalışan işçiyə biz zəhmət haqqı veririk. Bizim təsərrüfatın əsas amalı və Prezident İlham Əliyevin də dediyi kimi, yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunmasıdır. Məqsədimiz neft sektorundan asılılığı birdəfəlik azaltmaq və iqdisadiyyatın güclənməsi naminə görülən işlərə öz töhfəmizi verməkdir. Birinci Şıxlı kəndli fermer təsərrüfatında görülən işlərin gündən-günə inkişaf etməsi, əldə etdiyimiz nailiyyətlər onu deməyə əsas verir ki, biz buna qısa zaman kəsiyində nail olacağıq.

Geri qayıt