Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda arpa biçini davam edir
Qazaxda arpa biçini davam edir21-06-2021, 12:20 |
Son illər ölkəmizdə dövlətin iqtisadi siyasətinin
başlıca istiqamətlərindən birini əhalinin etibarlı ərzaq təminatı təşkil edir. Kənd
təsərrüfatında böyük çəkiyə malik olan taxılçılıq bu sahədə mühüm yer tutur.
Çünki taxılçılıq təkcə əhalinin çörək və çörək məmulatlarına olan tələbatını
ödəmir, eyni zamanda heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının
ödənilməsində də böyük rol oynayır. Odur ki, taxılçılığın inkişafı dövlətimiz
tərəfindən daim diqqət mərkəzində saxlanılır. Cənab Prezident İlham
Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin
inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə
subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması
ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu
addımlardır.
|