Cənab Prezident
İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd
təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı
istiqamətində mühüm işlər görülür. "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti
İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli
Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük
əhəmiyyət kəsb edir.
Ölkə Prezidentinin baramaçılığın
inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər
Qazaxda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin
gücləndirilməsi Qazax rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın
dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.
Bu il artıq
altıncı ildir ki, Qazaxda ipəkqurdu
bəslənilir. Bu il 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax
Damazlıq İpəkçilik Stansiyasından 110 qutu barama qurdu gətirilərək kəndlər üzrə barama yetişdirən kümçülərə təhvil verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu
paylanılmış kəndlərdə olub, kümçülərlə görüşərək ipəkqurdu toxumunun saxlanma şəraiti
və mövcud vəziyyəti ilə maraqlanıb.
Bildirilib
ki, rayonun kəndlərində
fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər
tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi
üçün maarifləndirici söhbətlər aparılıb. İpəkqurdu toxumunu yetişdirmək
üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi
istiliklə təmin edilib.
GOYEZEN.AZ
Geri qayıt
|