Əsas Səhifə > Kənd təsərrüfatı > Qeyri-neft sektorunun inkişafı davamlı iqtisadi inkişafa səbəb olan amildir
Qeyri-neft sektorunun inkişafı davamlı iqtisadi inkişafa səbəb olan amildir23-04-2021, 15:18 |
Bir əsrdə ikinci dəfə müstəqilliyinə nail olan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq bu müstəqilliyi qoruya bildi və möhkəmləndirdi. Xalqımız 1993-cü ildən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığının və yaşandığının şahidi oldu. Tarix sübut edir ki, hər bir xalqın davamlı və sabit inkişafını ona rəhbərlik edən fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. Ümummilli Lider təkcə Azərbaycanın tərəqqisi üçün zəruri inkişaf strategiyası irəli sürərək bu kursun alternativsizliyini təmin etməmiş, həm də banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli varis də yetişdirmişdir. Bu gün Heydər Əliyevin mənəvi siyasi irsinin layiqli davamçısı - dövlət başçısı cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifəsi yazılır. Son 17 ildə Azərbaycanın siyasətində əldə etdiyi böyük nailiyyətlər İlham Əliyevin liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunun təsdiqidir. Prezident İlham Əliyev Ulu Öndərin düşünülmüş, məqsədyönlü və gələcəyə hesablanmış siyasətini çox uğurla həyata keçirərək, güclü Azərbaycan dövlətinin formalaşdırılmasını, iqtisadiyyatın inkişaf etdirilməsini, müasir iqtisadi sistemin yaradılmasını, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılmasını öz fəaliyyətinin strateji hədəfinə çevirmişdir. Müasir iqtisadi sistem qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi üçün stimuldur. Həyata keçirilən regional inkişaf proqramları, sosial-iqtisadi layihələr, müasir sosial-iqtisadi infrastruktur, özünüməşğulluq proqramları, Asan xidmət, ABAD, DOST layihələri Azərbaycanda həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir. Ölkənin surətli inkişafında neft sektorunun rolu aparıcı olsa da, son dövrlər ərzində qeyri-neft sektorunun ümumi iqtisadi artımda önə çıxarılması aktualdır. Azərbaycan dövləti güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, bu resurslardan gələn gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və neftdən asılılığını minimuma endirmək istiqamətində çox böyük işlər görmüşdür. Ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat sektorlarında davamlı artım tendensiyası bu işlərin nəticəsidir.
Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi əsas prioritet sahələr hesab edilir. Bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyəti daha çoxdur. Ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi sahəsində irimiqyaslı işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına xidmət edən bir sıra təşəbbüslər irəli sürmüş və təsdiq olunmuş bütün dövlət proqramları mərhələli şəkildə icra olunmuşdur. Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil isə insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb, biznes üçün şərait yaxşılaşıb. Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır. Vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində rayonlarda böyük işlər görülür, qazlaşdırılmanın səviyyəsi 100 faizə çatıb, elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb, yol infrastrukturu müasir dövrün tələbləri səviyyəsindədir. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar ərzaq təhlükəsizliyini təmin etmək üçün böyük aqroparkların yaradılması, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı görülən işlər kənd təsərrüfatını bu iki istiqamət üzrə stimullaşdırır. Aqroparkların üstünlüyü isə burada müasir aqrotexniki tədbirlərin tətbiq olunması səbəbindən bol məhsulun yetişdirilməsi və məhsuldarlığın yüksək olmasıdır. Bu isə bizim ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işimizi tamamlamaq deməkdir. Bu işdə özəl sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunması da vacibdir. Bütövlükdə ölkəmizdə 50-dək aqropark yaradılması nəzərdə tutulub, bunlardan bir çoxu artıq fəaliyyətdədir. Son bir neçə ildə kənd təsərrüfatına qoyulan vəsait 2 milyard manat təşkil edir. Dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, həm də infrastruktur layihələr həyata keçirir və özəl sektor üçün şərait yaradır. Böyük maliyyə tutumlu avtomobil sənayesinin inkişafı üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Azərbaycanda qeyri-neft sektorunun inkişafı məmnunluq doğurur, bu isə davamlı iqtisadi inkişafa gətirib çıxaran amildir. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsinin nəticəsində mümkün olur. Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış iqtisadi-siyasi model öz səmərəliliyini, aktuallığını bu gün göstərməkdədir. İqtisadiyyatımızın gücü sayəsində bu gün Cənubi Qafqazın lider dövlətiyik. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Geri qayıt |