Hər
kəsə yaxşı məlumdur ki, son illər Azərbaycanda bütün sahələrlə
yanaşı, qeyri-neft sektorunun inkişafı da dövlət siyasətinin prioritet
sahələrindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
islahatlar ölkəmizdə bu sahənin artan templə yüksəlməsindən xəbər verir. Dövlət
başçısının qayğısı sayəsində kənd təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət
nəticələrini göstərməsi, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə
göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd
təsərrüfatının inkişafına öz töhfəsini verməsi bu dediklərimizin bariz
nümunəsidir.
Neft sənayesi və tikinti
sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor həm
də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin
yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda kənd təsərrüfatının inkişafı həm
də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu
baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji
maraqlarına xidmət edir.
Son illər ölkəmizin hər
yerində olduğu kimi, Qazaxda da bütün
sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir.
İldən-ilə genişləndirilən
əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas
səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin
olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində
saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan
suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu
istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir.
Bu məqsədlə 2017-ci ildə 274,78 km məsafədə arx və
kanallarda təmizlənmə işi aparılmışdır. Bunun da 153,99 km-i texnika vasitəsilə,
120,79 km-i isə əl əməyi ilə həyata keçirilmişdir.
2018-ci ildə 302,44 km məsafədə
arx və kanallarda təmizlik işləri görülmüşdür. 151,43 km-i texnika vasitəsilə,
151,01 km-i isə əl əməyi ilə aparılmışdır.
2019-cu ildə 303,23 km
məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilmişdir. 153,49 km-i
texnika vasitəsilə, 149,74 km-i əl əməyi ilə görülmüşdür.
2020-ci ildə 331,49 km
məsafədə arx və kanallarda təmizlik işləri həyata keçirilmişdir ki, bunun da 124,67
km-i texnika vasitəsilə, 206,82 km-i əl əməyi işlənmişdir.
Ümumiyyətlə, son 4 ildə
rayonda 1211,94 km məsafədə təmizlik
işi aparılmışdır ki, bunun da 583,58 km-i texnika vasitəsilə, 628,36 km-i
isə əl əməyi ilə təmizlənmişdir.
Hər il olduğu kimi, bu il
də Qazax Rayon Suvarma Sistemləri
İdarəsinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə rayonun Cəfərli,
Xanlıqlar, Ağköynək, Qarapapaq, Hüseynbəyli, Canalı, Kosalar, Daş Salahlı,
Çaylı, Bala Çaylı, Dəmirçilər, Ürkməzli, Alpout, Abbasbəyli, Aşağı Salahlı,
Orta Salahlı, Qazaxbəyli, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli,
Qaymaqlı, Kəmərli kəndlərində mövcud olan suvarma arx və kanallarında
təmizlik işləri aparılır.
Bu məqsədlə 2021-ci ildə 256,0 km məsafədə suvarma
arxlarında təmizlik işlərinin aparılması nəzərdə tutulub ki, bunun 72,9 km-i
texnika vasitəsilə, 183,1 km-i əl əməyi ilə yerinə yetiriləcək. Bu sahədə
görülən işlərin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, artıq bu günə kimi
262,08 km məsafədə təmizlik işləri aparılıb. Bunun da 96,87 km-i texnika
vasitəsilə, 165,21 km-i isə əl əməyi ilə təmizlənib.
Hazırda əkin sahələrinin
vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin
olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə
uğurla davam etdirilir. Belə ki, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə
təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə
alan sakinlər bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa
çatdırmaq istəyirlər.
Hər il Qazax
rayonunda arx və kanallarda həyata keçirilən bu ümumrayon işini kənd sakinləri də
razılıq hissi ilə qarşılayırlar. Görülən bu işi rayonda kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirirlər.
Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması
məqsədilə həyata keçirilən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq edirlər.
Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su
itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu
il aparılan təmizlik işlərinin kənd təsərrüfatının inkişaf etdirilməsində öz
müsbət nəticəsini verəcəyini bildirirlər.
Cəfərli kəndi
Alpout kəndi
Dəmirçilər kəndi
Çaylı kəndi
Kosalar kəndi
Daş Salahlı kəndi
Hüseynbəyli kəndi
Aslanbəyli kəndi
Aşağı Salahlı kəndi
Orta Salahlı kəndi
Birinci Şıxlı kəndi
GOYEZEN.AZ
Geri qayıt
|