Əsas Səhifə > Kənd təsərrüfatı > Bu il Qazaxda 50 hektar sahədə tütün əkiləcək

Bu il Qazaxda 50 hektar sahədə tütün əkiləcək


27-02-2017, 14:12
Bu il Qazaxda 50 hektar sahədə tütün əkiləcək
Ötən il respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan bir də tütündür.

Belə ki, 2016-cı ildə rayonda 10 hektar sahədə tütün əkilmişdirsə, bu il həmin sahə 50 hektara çatdırılıb. Hazırda 50 hektar ərazinin 45 hektarında şumlama işləri tam başa çatdırılıb.

Ötən ildən fərqli olaraq bu il tütün ştillərinin becərilməsi işləri də aparılıb. Belə ki, tütün istixanalarının hazırlanması və toxum tədarükü işləri artıq həll olunub.

Rayonun 3 kəndində şitillər üçün istixanaların hazırlanmasına başlanılıb. Hazırda işlər sürətlə davam etdirilir. Görülmüş işlər ondan xəbər verir ki, bu il rayonda bol tütün məhsulu istehsal olunacaqdır. Çünki bu sahədə görülmüş işlər keyfiyyətlə və aqrotexniki qaydalara uyğun aparılır.

GOYEZEN.AZ

Geri qayıt