Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçini başa çatıb

Qazaxda taxıl biçini başa çatıb


11-07-2019, 12:44


Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr, bununla bağlı görülən işlər bu gün öz bəhrəsini verməkdədir. Bunu son illər ölkədə əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə əlaqədar kənd təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasından, taxılçılığın inkişaf etdirilməsinə olan böyük maraqdan da aydın şəkildə görmək olur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü işlər görülür. Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, taxılçılığın inkişafı üçün fermerlərə yaradılan şərait və geniş imkanlar, ildən-ilə genişləndirilən əkin sahələri, aqrotexniki tədbirlər nəticəsində əldə olunan məhsuldarlıq bu sahəyə olan marağı artırır.

Bu ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektarda arpa yetişdirilib. Ölkəmizin əksər bölgələrində olduğu kimi, Qazaxda da taxıl biçini vaxtında və itkisiz başa çatıb. Belə ki, əvvəlcədən görülmüş lazımi təhlükəsizlik tədbirləri nəticəsində heç bir yanğın hadisəsi baş vermədən biçin kampaniyası uğurla yekunlaşıb. Qazaxlı taxılçılar zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olub. Biçin müddətində sahələrə 60 kombayn cəlb edilib.




GOYEZEN.AZ


Geri qayıt