Son illər Azərbaycan ölkədə
əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə əlaqədar kənd
təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasına, o cümlədən də
taxılçılığın inkişaf etdirilməsinə böyük maraq göstərir. Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili
istehsal hesabına ödənilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr,
bununla bağlı görülən işlər də məhz bu məqsədi daşıyır. Qazax rayonu da ölkə rəhbərinin verdiyi
tapşırıq və tövsiyələrə uyğun olaraq ildən-ilə kənd təsərrüfatı sahəsini
genişləndirən, bu sahədə uğurlu nəticələr əldə edən bölgələrimizdən biridir. Son
3 ildə rayonda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bunu söyləməyə
əsas verir. Rayonda kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, taxılçılığın inkişafı üçün də hər cür şərait
yaradılır.
Cari ilin məhsulu üçün 12
min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda, 4250 hektarda arpa
əkilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin
nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da taxıl biçini davam edir. Biçinin mütəşəkkil keçirilməsi
və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri
ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.
Biçinlə əlaqədar sahələrə 60 kombayn cəlb edilib. Hazırda 4250 hektar arpa sahəsinin
4214 hektarında biçin aparılıb. Qalan 36 hektar sahədə isə yekunlaşmaq üzrədir.
Buğda əkilmiş 8305 hektarın isə 6721 hektarı biçilib. Biçilməmiş 1584 hektar
sahə qalıb ki, həmin sahələrdə də biçin işləri sürətlə davam etdirilir.
GOYEZEN.AZ
Geri qayıt
|