Bu il artıq dördüncü il olacaq ki, Qazaxda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı məqsədilə məqsədyönlü işlər görülür.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair
2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə
Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı uğurla
icra olunur.
Rayonda baramaçılığın inkişafı ilə bağlı qarşıya
qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunmasının nəticəsidir ki, barama
istehsalı ildən-ilə artır. Belə ki, 2016-cı ildə 1502 kq yaş barama təhvil
verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırdılar. 2018-ci
ildə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək”
ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın
istehsalı nəzərdə tutulub.
Hazırda ipəkqurdu toxumunu yetişdirmək üçün
əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə
təmin edilib. Yem bazası da kifayət qədərdir. İşçi qüvvəsi baxımından böyük
əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən
kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
GOYEZEN.AZ
Geri qayıt
|