Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda sahələrə tütün şitilinin köçürülməsi davam edir

Qazaxda sahələrə tütün şitilinin köçürülməsi davam edir


16-05-2019, 15:01


Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da paralel şəkildə inkişaf etdirilir. Son illər dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bunun əyani sübutudur. Eyni zamanda, ölkədə bu sahənin sürətlə inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları da böyük əhəmiyyət daşıyır. Həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunub. Son 3 ildir ki, Qazax rayonunda da aqrar sektorun sürətlə inkişaf etdirilməsi, bu sahədə yüksək göstəricilərin əldə olunması üçün məqsədyönlü işlər görülür. Bu gün rayonda ölkə rəhbəri İlham Əliyevin imzalamış olduğu 10 avqust 2017-ci il tarixli Sərəncama əsasən qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”ı uğurla icra olunur.

Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan, işçi qüvvəsi baxımından da böyük tələbatın olduğu bu sahə həm də rayonda yeni iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü ildir ki, Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütün becəriləcək. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir.

Builki mövsümdə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. RayonunKəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində artıq bu günə kimi 29 hektar sahəyə tütün şitilləri küçürülüb. Bu istiqamətdə də işlər davam etdirilir. Əkinlə yanaşı, suvarma da vaxtlı-vaxtında həyata keçirilir. Hazırda sahələrdə 100-dən çox rayon sakini çalışır.

Qazaxbəyli kəndi 


Hüseynbəyli kəndi 




Aşağı Salahlı kəndi 



GOYEZEN.AZ


Geri qayıt