Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçini başa çatıb
Qazaxda taxıl biçini başa çatıbDünən, 18:17 |
|
Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər. 2026-cı ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11732,8 hektar sahədə taxıl əkilib ki, bunun da 6950 hektarını arpa, 4782,8 hektarını isə buğda sahəsi təşkil edir. Qazax rayonunda artıq taxıl biçini yekunlaşıb. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən məhsul biçilib. 11732,8 hektar biçilmiş taxıl sahəsindən 39214,5 ton məhsul götürülüb. Orta məhsuldarlıq 33,4 sentner olub. Biçin aparılmış 4782,8 hektar buğda sahəsindən 16835,5 ton buğda toplanıb ki, orta məhsuldarlıq 35,2 sentner təşkil edib. Biçinin başa çatdığı 6950 hektar arpa sahəsindən 22379,0 ton arpa götürülüb ki, orta məhsuldarlıq 32,2 sentnerdir. Geri qayıt |