Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçini yekunlaşmaq üzrədir
Qazaxda taxıl biçini yekunlaşmaq üzrədirBu gün, 15:27 |
|
Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər. 2026-cı ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11732,8 hektar sahədə taxıl əkilib ki, bunun da 6950 hektarı arpa, 4782,8 hektarı isə buğda sahəsidir. Qazax rayonunda artıq taxıl biçini yekunlaşmaq üzrədir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Bu günə kimi 4782,8 hektar buğda sahəsinin 3760 hektarında biçin aparılıb. Sahələrdən 13235,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə 35,2 sentner təşkil edir. 6950 hektar arpa sahəsinin 6798,5 hektarında biçin aparılıb. Sahələrdən 21891,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə 32,2 sentner təşkil edir. Biçinlə əlaqədar sahələrə 57 ədəd kombayn cəlb edilib. Qalan sahələrdə biçin işləri sürətlə davam etdirilir.
Geri qayıt |