Əsas Səhifə > Kənd təsərrüfatı > 2026-cı ilin yanvar-mart aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2026-cı ilin yanvar-mart aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


Bu gün, 14:15

2026-cı ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 95 milyon 297,9 min manat təşkil etmiş və əvvəlki ilin yanvar-mart aylarına nisbətən 0,9 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə sənaye sahəsində 4,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 10,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 1,6 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,9 faiz, tikinti sahəsində 51,9 faiz, informasiya və rabitə sahəsində 46,2 faiz azalmışdır. 2026-cı ilin yanvar-mart aylarında məhsul və xidmətlərin 88,7 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur.Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışı 986,5 manat təşkil etmişdir.

Sənaye. 2026-cı ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 45 milyon 611,5 min manatlıq və ya 2025-ci ilin yanvar-mart aylarına nisbətən 4,8 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,5 faiz, emal sektoru 61,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 22,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,5 faiz təşkil etmişdir. Məhsulun 76,7faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən sabit qiymətlərlə 0,7 faiz azalmışdır. 2026-cı ilin yanvar-mart aylarında mədənçıxarma sektorunda 7 milyon 52,6 min manatlıq, emal sektorunda 27milyon 901,8 min manatlıq məhsul istehsal edilmiş, 2025-ci ilin yanvar-mart aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 18,6 faiz azalmış, emal sektorunda 9,8 faiz artmışdır. Emal sektorunda 2025-ci ilin yanvar-mart aylarına nisbətən tikinti materiallarının istehsalı 12,6 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 10 milyon 387,1 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 25185,2 MVt.s elektrik enerjisi, 55,2 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real ifadədə həcmi 34,2 faiz azalmış, əhaliyə və digər istehlakçılara 283,3 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2026-cı ilin məhsulu üçün 4752,8 hektar sahədə buğda, 6850,0 hektar sahədə arpa səpini aparılmışdır. 2026-cı ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində 1311,0 ton ət (diri çəkidə), 7441,0 ton süd, 2722,0 min ədəd yumurta istehsal edilmişdir. 2025-ci ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 0,8 ton, yumurta istehsalı 2,0 min ədəd artmış, süd istehsalı 0,3 ton azalmışdır. 2026-cı ilin aprel ayının 1-nə 29422 baş iribuynuzlu mal-qara (ondan 15895 baş inək və camış), 127996 baş qoyun və keçi mövcud olmuşdur. 2025-ci ilin yanvar-mart aylarına nisbətən iribuynuzlu mal-qaranın sayı 46 baş (0,2 faiz), qoyun və keçilərin sayı 1149 baş (0,9 faiz) artmışdır.

Tikinti. 2026-cı ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 522,9 min manatlıq, yaxud 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 56,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 365,6 min manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2026-cı ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 4093,0 min nəfər sərnişin daşınmış, 2025-ci ilin yanvar-mart aylarına nisbətən 7,7 faiz artım müşahidə olunmuşdur. 2026-cı ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 489,0 min ton yük daşınmış və 2025-ci ilin yanvar-mart aylarına nisbətən 5,6 faiz artmışdır.

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2026-cı ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 154,3 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 101,6 min manatı və ya 65,8 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 46,2 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 73,0 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2025-ci ilin yanvar-mart aylarına nisbətən 50,9 faiz azalmışdır.

Pərakəndə ticarət. 2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 84 milyon 948,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 12 milyon 143,1 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 1,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,3 faiz artmışdır. Ticarət şəbəkələrində 44 milyon 300,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 40 milyon 647,7 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,3 faiz azalmış, qeyri-ərzaq məhsullarının satışı 5,5 faiz artmışdır.

İstehlak qiymətləri indeksləri. 2026-cı ilin yanvar-mart aylarında istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,8 faiz, qeyri-qida malları üzrə 4,1 faiz artmışdır, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə qiymət artımı 2,1 faiz təşkil etmişdir.

Əməkhaqqı. 2026-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 806,4 manat, dövlət sektorunda 750,1 manat, qeyri-dövlət sektorunda 902,2 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, maliyyə və sığorta sahəsində 1932,0, emal sənayesində 1820,3 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 909,7 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. İlkin hesablamalara əsasən 2026-cı ilin yanvar-mart aylarında rayon əhalisinin sayı 37 nəfər azalaraq 2026-cı il aprel ayının 1-i tarixinə 96 min 680 nəfər təşkil etmişdir.

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR


2026-cı il yanvar-mart ayları,

faktiki

qiymətlərlə

2026-cı il yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2025-ci il

yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

95297,9

100,9

104,6

Sənaye məhsulunun ümumi həcmi *), min manat

45611,5

104,8

104,9

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə

522,9

365,6

43,3

31,3

63,7

66,2

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

17838,5

96,1

102,3

Nəqliyyat sektorunda yük daşınması*), min ton

489,0

105,6

107,2

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

4093,0

107,7

104,7

İnformasiya və rabitə xidmətləri, min manat

154,3

53,8

30,8

Pərakəndə ticarət dövriyyəsi*), min manat

84948,3

101,6

104,5

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

12143,1

102,3

108,0

Orta aylıq nominal əməkhaqqı, manat

806,4

105,8

109,2

Əhalinin sayı, 01.04.2026 vəziyyətinə, nəfər

96680

100,2

100,2

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı

2026-cı ilin yanvar-mart aylarında 95 milyon 297,9 min manat həcmində və ya 2025-ci ilin yanvar-mart aylarına nisbətən 0,9 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 986,5 manat təşkil etmişdir. 2026-ci ilin yanvar-mart aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 45 milyon 611,5 min manat (47,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 17 milyon 838,5 min manat (18,7 faiz), tikinti sahəsində 1 milyon 138,4 min manat (1,2 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 2 milyon 862,1 min manat (3,0 faiz), informasiya və rabitə sahəsində 154,3 min manat (0,2 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 27 milyon 693,1 min manat (29,1 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənaye sahəsində 4,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 10,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 1,6 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,9 faiz, tikinti sahəsində 51,9 faiz, informasiya və rabitə xidmətləri sahəsində 46,2 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi.


2026-cı ilin yanvar-mart ayları

faktiki

qiymətlərlə,

min manat

2025-ci ilin yanvar-mart ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin qiymətləri ilə,

min manat

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

45611,5

47206,3

92,2

49472,2

104,8

47,8

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

17838,5

17205,5

107,9

16527,8

96,1

18,7

Tikinti

1138,4

2365,7

100,0

1137,9

48,1

1,2

Nəqliyyat və anbar təsərrüfatı

2862,1

2473,2

104,7

2733,6

110,5

3,0

İnformasiya və rabitə

154,3

281,6

101,9

151,4

53,8

0,2

Ticarət, nəqliyyat vasitələrinin təmiri

27693,1

25821,5

105,6

26224,6

101,6

29,1

Yekun:

95297,9

95353,8

99,0

96247,5

100,9

100,0

Qrafik 1

2026-cı ilin yanvar-mart aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


Qrafik 2

2026-cı ilin yanvar-mart aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə

Sənaye

2026-cı ilin yanvar-mart aylarında sənaye müəssisələri tərəfindən 45 milyon 611,5 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 faiz çox olmuşdur.Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,5 faizi mədənçıxarma, 61,2 faizi emal, 22,8 faizielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 12,7 faiz azalaraq 35 milyon 002,9 min manat və ya sənaye məhsulunun 81,0 faizini təşkil etmişdir.

Qrafik 3

2026-cı ilin yanvar-mart aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə

İstehlakçılara 49 milyon 646,0 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 aprel 2026-cı il tarixinə sənaye müəssisələrinin anbarlarında 12 milyon 652,0 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 27,7 faizini təşkil etmişdir.

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2026-cı ilin yanvar-mart aylarında

istehsal

edilmişdir,

min manatla

2025-ciilin yanvar-mart aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə


Cəmi *)

45611,5

104,8

100,0


o cümlədən: dövlət sektoru

10608,6

128,5

23,3


qeyri-dövlət sektoru

35002,9

99,3

76,7


Mədənçıxarma sənayesi

7052,6

81,4

15,5


o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

7052,6

81,4

15,5


Emal sənayesi

27901,8

109,8

61,2

o cümlədən: qida məhsullarının istehsalı

2075,1

2,8

4,5

poliqrafiya məhsullarının istehsalı

129,5

66,7

0,3

rezin və plastik kütlə məmulatlarının istehsalı

336,6

547,3

0,7

tikinti materiallarının istehsalı

22829,3

112,6

50,2

mebellərin istehsalı

2526,0

84,3

5,5

sair sənaye məhsullarının istehsalı

2,1

45,0

x

maşın və avadanlıqların quraşdırılması və təmiri

3,2

96,4

x

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

10387,1

116,2

22,8

Su təchizatı, tullantıların

təmizlənməsi və emalı

270,0

65,8

0,5

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması

220,2

108,4

0,5

digər tullantıların yığılması və məhv edilməsi

49,8

170,1

0,1

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 7 milyon 52,6 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 15,5 faiz təşkil etmiş və 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalmışdır.

Emal sektorunun müəssisələri tərəfindən 2026-cı ilin yanvar-mart aylarında 27 milyon 901,8 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 61,2 faiz təşkil etmiş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən 9,8 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (50,2 faiz), qida məhsullarının istehsalı (4,5 faiz), mebellərin istehsalı (5,5 faiz) təşkil edir.

Qida məhsullarının istehsalı 2 milyon 75,1 min manat olaraq, bölmə üzrə məhsulun 7,4 faizini təşkil etmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən2026-cı ilin yanvar-mart aylarında 10 milyon 387,1 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 16,2 faiz artmış vərayon əhalisinə və digər istehlakçılara 25185,2 MVts elektrik enerjisi, 55,2 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulun həcmi 2025-ci ilin yanvar-mart aylarına nisbətən 34,2 faiz azalaraq və 270,0 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 283,3 min kubmetr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)

Məhsul növlərinin adı və

ölçü vahidi

2026-cı ilin yanvar-mart aylarında istehsal

edilmişdir

(əmtəəlik)

2025-ci

ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

01.04.2026-cı il tarixinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi

bentonit, ton

48282,0

70,8

247652,0

əhəngdaşı tozu, ton

4389,0

72,0

-

inşaat üçün əhəng daşı, ton

3315,0

38,8

-

kvarsit, ton

-

x

-

Qida məhsullarının istehsalı




buğda və ya çovdarla qarışıq buğda unu, ton

109,44

95,0

-

çörək, ton

338,6

127,5

-

karamel, ton

6,1

132,6

-

Sement istehsalı

Portland sement, min ton

176,94

104,1

12,54

Sement klinkerləri

141,71

128,8

179,21

Mebellərin istehsalı

yataq, yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd

1510

94,4

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

25185,2

100,7

-

qazın bölüşdürülməsi, milyon kubmetr

55,2

119,3

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

562,0

26,5

-

təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr

283,3

111,7

-

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

2026-cı ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 522,9 min manat və ya 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 56,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 365,6 min manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 4,9 faizini dövlət, 95,1 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər


2026-cı ilin yanvar-mart ayları,

min manatla

2025-ci ilin yanvar-mart aylarına nisbətən,

faizlə

Ümumi

həcmdə

xüsusi çəkisi, faizlə

Cəmi

522,9

43,3

100,0

o cümlədən: dövlət sektoru

25,5

5,8

4,9

qeyri-dövlət sektoru

497,4

64,8

95,1

Qrafik 4

2026-cı ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla

(2026-cı ilin yanvar-mart ayları)

Cədvəl 6


Cəmi

Ümumi

yekuna nisbətən,

faizlə

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Cəmi

1138,4

100,0

48,1

o cümlədən: inşa, yenidənqurma və bərpa işləri

984,4

86,5

57,7

cari təmir işləri

144,4

12,7

23,5

sair tikinti işləri

9,6

0,8

21,2

Kənd təsərrüfatı

2026-cı ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 17 milyon 838,5 min manat təşkil etmiş və 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,9 faiz azalmışdır.

Bitkiçilik. 2026-cı ilin məhsulu üçün 4752,8 hektar sahədə buğda, 6850,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 aprel 2026-cı il tarixinə 2025-ci ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7

01 aprel 2026-cı il tarixinə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar


2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Cəmi əkin sahəsi

13916,1

13925,0

99,9

o cümlədən: dənlilər və dənli paxlalı bitkilər

11745,8

11610,0

101,2

o cümlədən: buğda

4752,8

4643,0

102,4

arpa

6850,0

6833,0

100,2

vələmir

85,0

80,0

106,2

sorqo

-

4,0

x

paxlalılar

8,0

10,0

80,0

qarğıdalı

50,0

40,0

125,0

günəbaxan

-

35,0

x

tərəvəz

360,3

330,0

109,2

Kartof

1250,0

1250,0

100,0

yem bitkiləri

560,0

700,0

80,0

Heyvandarlıq. 2026-cı ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri çəkidə 1311,0 ton ət, 7441,0 ton süd, 2722,0 min ədəd yumurta istehsal edilmişdir. 2025-ci ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 0,8 ton, yumurta istehsalı 2,0 min ədəd artmış, süd istehsalı 0,3 ton azalmışdır.

Cədvəl 8

Heyvandarlıq məhsullarının istehsalı, ton


2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları 2025-ci ilin yanvar-mart aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

1311,0

1310,2

100,1

+0,8

Süd

7441,0

7441,3

100,0

-0,3

Yumurta, min ədəd

2722,0

2720,0

100,1

+2,0

2026-cı il aprel ayının 1-i tarixinə 29422 baş iribuynuzlu mal-qara (ondan 15895 baş inək və camış), 127996 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 46 baş (0,2 faiz), qoyun və keçilərin sayı 1149 baş (0,9 faiz) artmış, ana inək və camışların sayı isə 16 baş (0,1 faiz) azalmışdır.

Cədvəl 9

Mal-qaranın sayı, 01.04.2026-cı il tarixinə, baş


01.04.2026-cı il

01.04.2025-ci il

Əvvəlki ilin eyni

dövrünə nisbətən

%

+, -

İribuynuzlu mal-qara

29422

29376

100,2

+46

ondan: inək və camışlar

15895

15911

99,9

-16

Qoyun və keçilər

127996

126847

100,9

+1149

Nəqliyyat

2026-cı ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 4093,0 min nəfər sərnişin daşınmış, 2025-ci ilin yanvar-mart aylarına nisbətən 7,7 faiz artmışdır.

Cədvəl 10

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər


2026-cı ilin

yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları 2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Cəmi

4093,0

3801,0

107,7

2026-cı ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 489,0 min ton yük daşınmış və 2025-ci ilin yanvar-mart aylarına nisbətən 5,6 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton


2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

Cəmi

489,0

463,0

105,6

2026-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələri tərəfindən 2 milyon 862,1 min manatlıq xidmət göstərilmiş, 2025-ci ilin yanvar-mart aylarına nisbətən 10,5 faiz artmışdır. Göstərilmiş xidmətin 66,6 min manatı (2,3 faizi) dövlət sektorunun, 2 milyon 795,5 min manatı (97,7 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 12


2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

2862,1

2473,2

110,5

o cümlədən: dövlət sektoru

66,6

70,8

89,8

qeyri-dövlət sektoru

2795,5

2402,4

111,1

İnformasiya və rabitə

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2026-cı ilin yanvar-mart aylarında 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 46,2 faiz azalaraq 154,3 min manat təşkil etmişdir ki, bunun da 101,6 min manatı (65,8 faizi) əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 50,1 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 73,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 27,0 faiz təşkil etmişdir.

Cədvəl 13

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat


2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

İnformasiya və rabitə

xidmətlərindən əldə olunan gəlir

154,3

281,6

53,8

o cümlədən: dövlət sektoru

112,6

224,9

49,1

qeyri-dövlət sektoru

41,7

56,7

72,2

İstehlak bazarı

2026-cı ilin yanvar-mart aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 98 milyon 351,4 min manat olmaqla 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 1,7 faiz artmışdır.

Cədvəl 14

İstehlak bazarı üzrə əsas göstəricilər


2026-cı ilin yanvar-mart ayları,

min manatla

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

98351,4

101,7

o cümlədən: dövlət mülkiyyəti üzrə

3729,4

94,6

qeyri-dövlət mülkiyyəti üzrə

94622,0

91,8

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

27094,9

105,1

Əmtəə bazarı

2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 84 milyon 948,3 min manatlıq məhsul satılmış və onun 44 milyon 300,6 min manatını (52,2 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 40 milyon 647,7 min manatını (47,8 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,6 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz azalmış, qeyri-ərzaq malları üzrə 5,5 faiz artmışdır.

Cədvəl 15

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu


2026-cı ilin yanvar-mart ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

84948,3

100,0

101,6

o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları

44300,6

52,2

98,7

qeyri-ərzaq malları

40647,7

47,8

105,5

2026-cı ilin yanvar-mart aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 293,1 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 152,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 140,2 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 20,4 faizini hüquqi şəxslər, 20,9 faizini fərdi sahibkarlar tərəfindən, 58,7 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 16

Məhsul bazarı üzrə əsas göstəricilər


2026-cı ilin yanvar-mart ayları,

min manatla

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

84948,3

101,6

o cümlədən: müəssisələr üzrə

17302,1

88,1

fərdi sahibkarlar üzrə

17734,9

110,0

bazar və yarmarkalar üzrə

49911,3

104,3

Qrafik 5

2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə

Cədvəl 17

2026-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin dinamikası


Əvvəlki ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

2026-cı il

Yanvar-mart

101,6

98,7

105,5

2025-ci il

Yanvar- mart

104,5

92,9

120,7

01.04.2026-cı il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 13 milyon 843,8 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2026-cı ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,9 faiz artaraq 1 milyon 260,0 min manat olmuşdur.

Cədvəl 18


2026-cı ilin yanvar-mart ayları,

min manatla

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi

1260,0

105,9

o cümlədən: hüquqi şəxslər üzrə

-

-

fiziki şəxslər üzrə

1260,0

105,9

Əhaliyə göstərilən ödənişli xidmətlər

2026-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 2,3 faiz artaraq 12 milyon 143,1 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyon 832,9 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 31,6 faizini təşkil etmişdir.

Ödənişli xidmətlərin göstərilməsi


2026-cı ilin yanvar-mart ayları,

min manatla

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

12143,1

102,3

o cümlədən: dövlət sektoru

3643,8

105,9

qeyri-dövlət sektoru

8499,3

100,8

ondan: fiziki şəxslər

8310,2

103,3

2026-cı ilin yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla 125,7 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 20

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri


Əvvəlki ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

üzrə

2025-ci il

Yanvar-mart

108,0

82,5

126,6

2026-cı il

Yanvar-mart

102,3

100,2

103,3

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 93,3 faiz təşkil etmişdir.

Cədvəl 21

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri


2026-cı ilin yanvar-mart ayları,

min manatla

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

Ümumi həcmdə

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

3708,4

101,0

100,0

o cümlədən: əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr)

247,6

70,9

6,7

digər sahələrin iri və orta

3460,8

104,2

93,3

ondan sənaye

3460,8

104,2

93,3

Qrafik 6

 2026-cı ilin yanvar-mart aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə

Qiymət indeksləri

İstehlak qiymətləri indeksi

2026-cı ilin mart ayında istehlak qiymətləri fevral ayına nisbətən 1,1 faiz, 2026-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,3 faiz artmışdır. 2026-cı ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,8 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artmışdır. 2026-cı ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artmışdır. 2026-cı ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz təşkil etmişdir.

Cədvəl 22

İstehlak qiymətləri indeksinin dəyişməsi


Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, içkilər və tütün məmulatları

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

2026-cı il

Yanvar

100,6

104,4

100,2

106,1

Fevral

100,5

104,2

101,0

105,9

Mart

101,1

104,3

101,8

105,8

..ardı


Qeyri-qida məhsulları

Ödənişli xidmətlər

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

2026-cı il

Yanvar

100,7

103,7

101,2

102,4

Fevral

100,2

103,8

100,0

102,1

Mart

100,9

104,1

100,1

102,1

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2026-cı ilin yanvar-mart aylarında 10362 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6524 nəfər (63,0 faiz), qeyri-dövlət sektorunda isə 3838 nəfər (37,0 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 18,0 faizi sənaye (o cümlədən 3,3 faizi mədənçıxarma, 8,2 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,4 faizi tikinti, 0,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,1 faizi xidmət sahələrində, o cümlədən 29,0 faizi təhsil, 20,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi maliyyə və sığorta, 0,8 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışanlardır.

Yeni iş yerlərinin açılması

2026-cı ilin yanvar-mart aylarında hüquqi şəxslər üzrə 64 yeni iş yeri açılmış və 182 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 46-sı mövcud müəssisə və təşkilatlarda, 18-i isə yeni yaradılmışdır.

Cədvəl 23

2025-ci il və 2026-cı ilin yanvar-mart aylarında yeni açılmış iş yerlərinin xarakteristikası


2025-ci ilin yanvar-mart aylarında

2026-cı ilin yanvar-mart aylarında

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

26

64

100,0

o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda

-

18

-

mövcud müəssisə və təşkilatlarda

26

46

100,0

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

155

182

100,0

Əməkhaqqı

2026-cı ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 806,4 manat, həmçinin dövlət sektorunda 750,1 manat, qeyri-dövlət sektorunda 902,2 manat təşkil etmiş, 2025-ci ilin yanvar-mart aylarına nisbətən rayon üzrə 5,8 faiz artmış, o cümlədən dövlət sektoru üzrə 1,3 faiz artmış, qeyri-dövlət sektoru üzrə isə 13,0 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1820,3 manat, mədənçıxarma sənayesində 1212,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 909,7 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 895,7 manat, maliyyə və sığorta sahəsində 1932,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 992,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 808,8 manat təşkil etmişdir.

Cədvəl 24

2026-cı ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarə-

si

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

Bir işçiyə düşən orta aylıq nominal

əməkhaqqı, manatla

2026-cı ilin yanvar-mart aylarında

2025-ci ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

Orta rayon göstəricisinə

nisbətən,

faizlə


Cəmi

10362

806,4

105,8

100,0


ondan: dövlət mülkiyyəti

6524

750,1

105,4

93,0


qeyri-dövlət mülkiyyəti

3838

902,2

113,0

111,9

A

o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

47

699,4

95,1

86,7

B

Mədənçıxarma sənayesi

342

1212,5

124,5

150,4

C

Emal sənayesi*)

846

1820,3

119,7

225,7

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

201

909,7

101,3

112,8

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

479

694,6

117,4

86,1

F

Tikinti

245

610,9

115,2

75,8

G

Ticarət, nəqliyyat vasitələrinin təmiri *)

2098

498,2

99,9

61,8

H

Nəqliyyat və anbar təsərrüfatı *)

204

895,7

96,8

111,0

İ

Turistlərin yerləşdirilməsi və ictimai iaşə *)

5

591,3

119,6

73,3

J

İnformasiya və rabitə *)

81

736,6

107,2

91,3

K

Maliyyə və sığorta fəaliyyəti

142

1932,0

108,9

239,6

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

43

487,3

103,9

60,4

M

Peşə, elmi və texniki fəaliyyət

27

676,1

100,6

83,8

...ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

175

601,9

104,3

74,6

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

566

992,7

95,9

123,1

P

Təhsil

3004

690,0

101,1

85,6

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1261

808,8

99,7

100,3

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

550

551,8

102,9

68,4

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

46

821,1

109,6

101,8

*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2026-cı və 2025-ci ilin yanvar-mart aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla

Demoqrafik vəziyyət

İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2026-cı ilin yanvar-mart aylarında əhali 37 nəfər azalaraq 01.04.2026-cı il tarixinə 96 min 680 nəfərə olmuşdur. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 138 nəfər təşkil edir.

Cədvəl 25

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar- mart ayları)

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

artım (+)

azalma (-)

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart aylarına nisbətən,

faizlə

Təbii artım

-37

72


-1,5

3,0

x

Doğulanlar

173

229

-97

7,3

9,6

76,0

Ölənlər

210

157

43

8,8

6,6

133,3

Nikahlar

96

107

-33

4,0

4,5

88,9

Boşanmalar

38

44

-9

1,6

1,8

88,9

İlkin hesablamalara əsasən Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-mart aylarında rayonda 173 nəfər doğulan körpə qeydə alınmış və 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 7,3-ə düşmüşdür. 2026-cı ilin yanvar-mart aylarında rayonda 210 ölüm halı qeydə alınmış və 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,6-dan 8,8-ə qədər artmışdır. 2026-cı ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 96 nikah, 38 boşanma halları qeydə alınmış və 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,0-ə, boşanmaların sayı isə 1,8-dən 1,6-a qədər azalmışdır.

Qrafik 8

2026-cı və 2025-ci ilin yanvar-mart aylarında demoqrafik göstəricilər, nəfərlə

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi


Geri qayıt