Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda arpa biçininə start verilib
Qazaxda arpa biçininə start verilibBu gün, 12:36 |
|
Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər. 2026-cı ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11732,8 hektar sahədə taxıl əkilib ki, bunun da 6950 hektarı arpa, 4782,8 hektarı isə buğda sahəsidir. Qazax rayonunda artıq arpa biçininə start verilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Hazırda rayonun Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Daş Salahlı kəndlərində dəmyə sahəsində əkilmiş arpa biçininə başlanılıb. Bu günə kimi 6950 hektar arpa sahəsinin 70 hektarında biçin aparılıb. Sahələrdən 223 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə 31,9 sentner təşkil edir. Biçinlə əlaqədar sahələrə 7 ədəd kombayn cəlb edilib. Qalan sahələrdə biçin işləri sürətlə davam etdirilir.
Geri qayıt |