Əsas Səhifə > Kənd təsərrüfatı > 2025-ci ildə Qazax rayonunda nəqliyyat və rabitənin işi haqqında təhlili məruzə
2025-ci ildə Qazax rayonunda nəqliyyat və rabitənin işi haqqında təhlili məruzəDünən, 17:50 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Fiziki şəxslər tərəfindən əldə əlunan gəlirin sturukturu, faizlə
Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
2025-ci ildə yük daşınmasının həcmi 1576,0 min ton, sərnişin daşınması 16657,0 min nəfər olmuşdur. Əvvəlki illə müqayisədə yük daşınması 105,6 faiz, sərnişin daşınması 106,5 faiz təşkil edir. Vətəndaşların mülkiyyətində olan şəxsi avtomobillərin sayının artması, onlar üçün normal şəraitin yaradılmasının nəticəsidir ki, hazırda sərnişin daşınmaları fiziki şəxslər tərəfindən həyata keçirilir. 2025-ci ilin yekunlarına görə rayonda 16406 avtomobil vardır. Avtomobillərdən 1865-i yük avtomobili, 300-ü sərnişin avtobusları, 14137-si sərnişin minik avtomobilləri, 104-ü isə digər növ avtomobillərdir. Avtomobillərdən 14002-si vətəndaşların mülkiyyətində olan şəxsi minik avtomobilləridir ki, bütün avtomobillərin 85,3 faizini təşkil edir. Orta hesabla rayon üzrə hər 100 ev təsərrüfatından 56 şəxsi minik avtomobilinə malikdir. Avtomobil nəqliyyatının işinin səmərəli olmasına avtomobil yollarının texniki vəziyyəti birbaşa təsir göstərir. Rayonda Gəncə-Qazax magistral yolu istifadə olunur. İstifadə olunan avtomobil yollarının tikilməsinə və yenidən qurulmasına ayrılan pul vəsaitləri artmaqdadır. Qazax rayonu Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən avtomobil yolları üzərində yerləşir. Rayon üzrə ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 254,0 km-dir ki, bundan 190,0 km respublika əhəmiyyətli, 64 km-i isə şəhər yollarıdır. Respublika əhəmiyyətli yolun 42 km-i 1-ci, 14 km-i 2-ci, 79 km-i 3-cü, 55 km-i 4-cü dərəcəyə aiddir. 2024-cü ildə nəqliyyat sektorunda çalışanların orta sayı 224 nəfər, orta aylıq nominal əməkhaqqı isə ötən illə müqayisədə 8,9 faiz artaraq 955,6 manat təşkil etmişdir. Rabitə.2025-ci ildə rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 2024-cü illə müqayisədə 8,0 faiz azalaraq 1127,6 min manat təşkil etmişdir.
Rabitə müəssisələri tərəfindən əldə olunan gəlirin 865,7 min manatı və ya 76,8 faizi telekommunikasiya xidmətlərindən, 261,9 min manatı və ya 23,2 faizi poçt xidmətlərindən əldə olunmuşdur. 2025-ci ildə 11 poçt şöbəsi fəaliyyət göstərmiş, 11,5 min göndəriş həyata keçirmişdir. Ümumi tutumu 18460 nömrə olan 25 ATS olmuşdur ki, onlardan 22-si kənd yerindədir. Mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 3975 olmuşdur. Hər 100 ev təsərrüfatına 16 telefon düşür. 01 yanvar 2026-cı il tarixə mobil telefon abunəçilərinin sayı 82,9 min abunəçi olmuşdur. 2025-ci ildə informasiya və rabitə sektorunda çalışanların siyahı tərkibinin orta sayı 95 nəfər, orta aylıq nominal əməkhaqqı isə ötən ilə nisbətən 5,9 faiz artaraq 645,5 manat təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |