Əsas Səhifə > Kənd təsərrüfatı > 2025-ci ildə Qazax rayonunda bitkiçilik məhsullarının əkin sahəsi və istehsalı haqqında təhlili məruzə

2025-ci ildə Qazax rayonunda bitkiçilik məhsullarının əkin sahəsi və istehsalı haqqında təhlili məruzə


19-02-2026, 18:34

Azərbaycan Respublikasının torpaq, iqlim şəraiti bütün kənd təsərrüfatı bitkilərinin becərilməsinə və onlardan yüksək məhsul alınmasına imkan verir. Torpaqdan səmərəli istifadə etməklə müvafiq bitkilər əkib becərilərsə, əhalinin bütün ərzaq məhsullarına olan ehtiyacı tam ödənilər və ərzaq təhlükəsizliyi təmin olunar. Eyni zamanda məhsulun bir hissəsi ixrac olunmaqla, respublikamızın büdcəsinə xeyli miqdarda vəsait daxil ola bilər. Bunun üçün kənd təsərrüfatının bitkiçilik sahəsini daha da inkişaf etdirmək ən əhəmiyyətli və vacib şərtlərdən biridir.

Rayonumuz kənd təsərrüfatı rayonu olmaqla, taxılçılıq və tərəvəzçiliyin inkişaf etdiyi rayonlardandır. 2025-ci ildə rayonumuzda kənd təsərrüfatının bitkiçilik sahəsinə diqqət daha da artmışdır.

2025-ci ildə rayonda 18535,0 hektar sahədə əkin işləri aparılmışdır. Əkin sahəsindən 11950,0 hektarını, yaxud 64,5 faizini dənli və dənli paxlalılar, 2159,0 hektarını, yaxud 11,6 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 35,0 hektarını, yaxud 0,2 faizini texniki bitkilər, 4391,0 hektarını və ya 23,7 faizini yemlik bitkilərinin əkin sahəsi təşkil etmişdir. Əkin sahələri əsasən əhali təsərrüfatları tərəfindən becərilir.

2021-2025-ci illərdə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin dinamikası, hektarla

2025-ci ilin məhsulu üçün əkin sahələrinin strukturu, faizlə

2025-ci ildə əkin sahəsinin 2024-cü illə müqayisəli cədvəli

hektarla

2025-ci il

2024-cü il

Fərq +,-

Cəmi əkinlər

18535,0

18533,0

+2,0

Dənli və dənli paxlalıların cəmi

11950,0

11921,0

+29,0

o cümlədən: buğda

4645,0

4507,0

+138,0

arpa

6835,0

6938,0

-103,0

vələmir

80,0

80,0

-

qarğıdalı

350,0

350,0

-

sorqo

30,0

32,0

-2,0

noxud

10,0

14,0

-4,0

Texniki bitkilər

35,0

40,0

-5,0

o cümlədən: dən üçün günəbaxan

35,0

40,0

-5,0

Kartof, tərəvəz və bostan bitkiləri cəmi

2159,0

2156,0

+3,0

Kartof

1330,0

1320,0

+10,0

Tərəvəz cəmi

786,0

791,0

-5,0

o cümlədən: kələm

55,0

55,0

-

xiyar

120,0

121,0

-1,0

pomidor

215,0

215,0

-

baş soğan

30,0

30,0

-

sarımsaq

10,0

15,0

-5,0

badımcan

36,0

35,0

+1,0

bibər

55,0

55,0

-

lobya

180,0

180,0

-

sair tərəvəz bitkiləri

85,0

85,0

-

Bostan bitkiləri cəmi

43,0

45,0

-2,0

o cümlədən: qarpız

40,0

40,0

-

yemiş

3,0

5,0

-2,0

Yemlik bitkilər

4391,0

4416,0

-25,0

Bağlar və giləmeyvəliklər, cəmi

1673,0

1670,6

+2,4

Üzümlüklər

291,7

284,7

+7,0

2025-ci ildə məhsul yığımının 2024-cü illə müqayisəli cədvəli

tonla


2025-ci il

2024-cü il

Fərq +,-

Dənli və dənli paxlalıların cəmi

40577,0

37986,8

+2590,2

o cümlədən: buğda

16304,0

14891,7

+1412,3

arpa

21940,0

20784,5

+1155,5

vələmir

240,0

224,0

+16,0

qarğıdalı

2008,0

1990,0

+18,0

sorqo

63,0

67,2

-4,2

noxud

22,0

29,4

-7,4

Texniki bitkilər

79,9

90,2

-10,3

o cümlədən: dən üçün günəbaxan

79,9

90,2

-10,3

Kartof

50540,0

46200,0

+4340,0

Tərəvəz cəmi

18941,2

18117,7

+823,5

o cümlədən: kələm

1485,0

1430,0

+55,0

xiyar

4450,0

4445,0

+5,0

pomidor

7530,0

7520,0

+10,0

baş soğan

1593,2

900,0

+693,2

sarımsaq

145,0

212,0

-67,0

badımcan

1044,0

997,5

+46,5

bibər

1430,0

1375,0

+55,0

lobya

414,0

398,2

+15,8

sair tərəvəz bitkiləri

850,0

840,0

+10,0

Bostan bitkiləri cəmi

1075,0

1250,0

-175,0

o cümlədən: qarpız

1000,0

1125,0

-125,0

yemiş

75,0

125,0

-50,0

Yemlik bitkilər

14590,2

14156,8

+433,4

Bağlar və giləmeyvəliklər, cəmi

17200,6

17519,6

-319,0

Üzümlüklər

3880,0

3817,5

+62,5

2025-ci ildə bitkilərin məhsuldarlığının 2024-cü illə müqayisəli cədvəli

sentner/ hektar


2025-ci il

2024-cü il

Fərq +,-

Dənli və dənli paxlalıların cəmi

33,9

31,8

+2,1

o cümlədən: buğda

35,1

33,0

+2,1

arpa

32,1

30,0

+2,1

vələmir

30,0

28,0

+2,0

qarğıdalı

56,5

55,4

+1,1

sorqo

21,0

21,0

-

noxud

22,0

21,0

+1,0

Texniki bitkilər

23,3

23,0

+0,3

o cümlədən: dən üçün günəbaxan

23,3

23,0

+0,3

Kartof

380,0

350,0

+30,0

Tərəvəz cəmi

188,4

171,5

+16,9

o cümlədən: kələm

270,0

259,3

+10,7

xiyar

265,0

260,0

+5,0

pomidor

260,0

255,0

+5,0

baş soğan

249,0

300,0

-51,0

sarımsaq

145,0

141,3

+3,7

badımcan

290,0

285,0

+5,0

bibər

259,6

250,0

+9,6

lobya

23,0

22,0

+1,0

sair tərəvəz bitkiləri

100,0

100,0

-

Bostan bitkiləri cəmi

250,0

277,8

-27,8

o cümlədən: qarpız

250,0

281,2

-31,2

yemiş

250,0

250,0


Yemlik bitkilər

33,0

32,0

+1,0

Bağlar və giləmeyvəliklər, cəmi

112,8

111,6

+1,2

Üzümlüklər

133,5

136,0

-2,5

Keçən ilə nisbətən ümumi əkin sahəsi 2,0 hektar çox olmuşdur. Torpaqlara lazımi qaydada aqrotexniki qulluq göstərildiyindən kifayət qədər yüksək məhsul istehsalına nail olunmuşdur. Dənlilər və dənli paxlalı bitkilərin hər hektardan 33,9 sentner məhsul əldə edilmişdir ki, bu keçən illə müqayisədə 2,1 sentner çoxdur. Buğdanın məhsuldarlığı hər hektardan orta hesabla 35,1 sentnerə, arpanın məhsuldarlığı 32,1 sentnerə, vələmirin məhsuldarlığı isə 30,0 sentnerə bərabər olmuşdur. 2025-ci ilin məhsulu üçün əkilmiş 350,0 hektar qarğıdalı sahəsindən təkrar əkindən əldə olunmuş məhsul nəzərə alınmaqla 2008,0 ton qarğıdalı istehsal edilmişdir. Qarğıdalının hər hektardan məhsuldarlığı 56,5 sentner təşkil etmişdir ki, bu ötən illə müqayisədə isə 1,1 sentner çoxdur.

35,0 hektar dən üçün günəbaxan sahəsindən 79,9 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 23,3 sentner olmuşdur.

1330,0 hektar kartof sahəsindən 50540,0 ton kartof istehsal olunmuş, məhsuldarlıq orta hesabla hər hektardan 380,0 sentner olmuşdur. Keçən ilə nisbətən məhsuldarlıq 30,0 sentner çox olmuşdur.

Bitkiçiliyin ən mühüm sahəsı tərəvəzçilikdir. 2025-ci ilin məhsulu üçün rayonda 786,0 hektar tərəvəz əkilmiş sahədən 18941,2 ton məhsul istehsal olunmuşdur, məhsuldarlıq 188,4 sentner olmuşdur ki, bu keçən illə müqayisədə 16,9 sentner çoxdur.

Tərəvəz əkininin 55,0 hektarını və ya 7,0 faizini kələm, 120,0 hektarını və ya 15,3 faizini xiyar, 215,0 hektarını və ya 27,4 faizini pomidor, 30,0 hektarını və ya 3,8 faizini baş soğan, 10,0 hektarını və ya 1,3 faizini sarımsaq, 356,0 hektarını və ya 45,2 faizini digər tərəvəz növləri təşkil edir. 43,0 hektar bostan sahəsindən 1000,0 ton qarpız, 75,0 ton yemiş istehsal olunmuşdur, hər iki bitkinin məhsuldarlığı hər hektardan 250,0 sentnerə bərabər olmuşdur.

4391,0 hektar sahədə əkilmiş yemlik bitkilərindən 14590,2 ton məhsul istehsal olunmuşdur. 01.01.2026-ci il tarixə 1673,0 hektar meyvə və giləmeyvə bağı vardır ki, bunun 1525,0 hektarı bar verən yaşdadır. Bağlardan və giləmeyvəliklərdən 17200,6 ton məhsul istehsal olunmuşdur. Məhsuldarlıq ötən illə müqayisədə hər hektardan 1,2 sentner artaraq 112,8 sentnerə bərabər olmuşdur.

Rayonda 284,7 hektar bar verən üzüm bağından 3880,0 ton üzüm yığılmışdır. Üzüm bağlarının məhsuldarlığı hər hektardan orta hesabla 133,5 sentner olmuşdur.

Kənd əməkçilərinə yanacağa və gübrələrə görə dövlət tərəfindən kompensasiya ödənilməsi kənd əhalisində əkinçiliyə marağı xeyli artırmışdır.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi


Geri qayıt