Əsas Səhifə > Kənd təsərrüfatı > Tütünçülüyün inkişafına dövlət dəstəyi bu sahə ilə məşğul olan insanların rifahını daha da yaxşılaşdıracaq
Tütünçülüyün inkişafına dövlət dəstəyi bu sahə ilə məşğul olan insanların rifahını daha da yaxşılaşdıracaq12-10-2016, 10:09 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək məqsədilə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, bu sərəncam tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək üçün faydalı olacaq. Belə ki, emal müəssisələrinə satılmış quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər on kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulur ki, bu da istehsalçılara dövlət dəstəyini əks etdirir. Nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunmuş və emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil ediləcək. Nazirlər Kabineti iki ay müddətində istehsalçılara subsidiyanın verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək. Subsidiyaların maliyyələşdirilməsi məsələsi isə Maliyyə Nazirliyinə həvalə olunub. Geri qayıt |