Əsas Səhifə > Kənd təsərrüfatı > 2025-ci ilin yanvar-sentyabr aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2025-ci ilin yanvar-sentyabr aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


2-12-2025, 14:37

2025-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 415 milyon 383,8 min manat təşkil etmiş və əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 0,3 faiz artmışdır.Məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,7 faiz, tikinti sahəsində 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 3,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 3,0 faiz artmış, sənaye sahəsində 1,9 faiz, informasiya və rabitə sahəsində 56,1 faiz azalmışdır. 2025-ci ilin yanvar-sentyabr aylarında məhsul və xidmətlərin 94,3 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur.Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışı 4295,6 manat təşkil etmişdir.

Sənaye.2025-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 161 milyon 221,5 min manatlıq və ya 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 1,9 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 14,1 faiz, emal sektoru 71,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,7 faiz təşkil etmişdir. Məhsulun 85,7faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən sabit qiymətlərlə 2,7 faiz azalmışdır. 2025-ci ilin yanvar-sentyabr aylarında mədənçıxarma sektorunda 22 milyon 789,0 min manatlıq, emal sektorunda 115milyon 307,5 min manatlıq məhsul istehsal edilmiş, 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 40,2 faiz artmış, emal sektorunda 6,5 faiz azalmışdır. Emal sektorunda 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən qida məhsullarının istehsalı 6,1 dəfə artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 22 milyon 19,2 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 80107,7 MVt.s elektrik enerjisi, 104,35 milyon kub metr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real ifadədə həcmi 8,0 faiz azalmış, əhaliyə və digər istehlakçılara 943,1 min kub metr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq.2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 4265,2 ton ət (diri çəkidə), 25078,0 ton süd, 9485,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 0,6 ton, süd istehsalı 0,7 ton, yumurta istehsalı 5,0 min ədəd artmış, yun istehsalı 2,0 ton azalmışdır.

2025-ci ilin oktyabr ayının 1-nə 29305 baş iribuynuzlu mal-qara (ondan 15863 baş inək və camış), 126663 baş qoyun və keçi mövcud olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarına qoyun və keçilərin sayı 666 baş (0,5 faiz) artmış, iribuynuzlu mal-qaranın sayı 72 baş (0,2 faiz) azalmışdır.

Tikinti. 2025-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyon 704,0 min manatlıq, yaxud 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 58,3 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyon 694,9 min manatı və ya 82,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 11255,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,0 faiz artım müşahidə olunmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1151,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,1 faiz artmışdır.

İnformasiya və rabitə.İnformasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 455,2 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 213,9 min manatı və ya 46,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 56,1 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 56,0 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 66,7 faiz azalmışdır.

Pərakəndə ticarət. 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 242 milyon 428,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 42 milyon 200,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 5,2 faiz artmışdır. Ticarət şəbəkələrində 131 milyon 551,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 110 milyon 876,5 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə qeyri-ərzaq məhsullarının satışı 26,1 faiz artmış, ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 11,2 faiz azalmışdır.

İstehlak qiymətləri indeksləri.2025-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətlərinin indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,3 faiz, o cümlədən qida məhsulları, alkaqollu içkilər və tütün məmulatları üzrə 108,4 faiz, qeyri-qida malları üzrə 105,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 113,9 faiz təşkil etmişdir.

Əməkhaqqı. 2025-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 767,7 manat, dövlət sektorunda 736,5 manat, qeyri-dövlət sektorunda 820,6 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesi sahəsində 1599,4 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 896,4 manat, maliyyə və sığorta sahəsində 1832,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1017,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 841,7 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2025-ci ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 161 nəfər artaraq 2025-ci il oktyabr ayının 1-i tarixinə 96 min 628 nəfər təşkil etmişdir.

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR


2025-ci il yanvar-sentyabr ayları,

faktiki

qiymətlərlə

2025-ci il yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2024-cü il yanvar-sentaybr ayları

2023-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

415383,8

100,3

100,4

Sənaye məhsulunun ümumi həcmi*), min manat

161221,5

98,1

119,1

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat o cümlədən tikinti-quraşdırma işlərinə

5704,0

4694,9

41,7

35,0

32,8

32,5

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

156919,8

100,7

99,8

Nəqliyyat sektorunda yük daşınması*), min ton

1151,0

106,1

107,5

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

11255,0

106,0

107,4

İnformasiya və rabitə xidmətləri, min manat

455,2

44,3

57,3

Pərakəndə ticarət dövriyyəsi*), min manat

242428,0

103,0

103,4

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

37200,0

105,2

102,4

Orta aylıq nominal əməkhaqqı*), manat

773,2*)

108,1*)

111,2*)

Əhalinin sayı, 01.10.2025 vəziyyətinə, nəfər

96682

100,2

100,3

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı

2025-ci ilin yanvar-sentyabr aylarında 415 milyon 383,8 min manat həcmində və ya 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0,3 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 4295,6 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 161 milyon 221,5 min manat (38,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 156 milyon 919,8 min manat (37,8 faiz), tikinti sahəsində 10 milyon 141,0 min manat (2,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyon 69,3 min manat (2,2 faiz), informasiya və rabitə sahəsində 455,2 min manat (0,1 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 77 milyon 577,0 min manat (18,7 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,7 faiz, tikinti sahəsində 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 3,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 3,0 faiz artmış, sənaye sahəsində 1,9 faiz, informasiya və rabitə xidmətləri sahəsində 56,1 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi


2025-ci ilin yanvar-sentyabr ayları

faktiki

qiymətlərlə,

min manat

2024-cü ilin yanvar-sentyabr ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin qiymətləri ilə,

min manat

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

161221,5

153036,9

107,4

150129,2

98,1

38,8

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 

156919,8

143599,6

108,5

144664,7

100,7

37,8

Tikinti

10141,0

8790,5

100,0

10141,0

115,4

2,4

Nəqliyyat və anbar təsərrüfatı

9069,3

8682,0

101,4

8944,1

103,0

2,2

İnformasiya və rabitə

455,2

1034,8

100,2

454,3

43,9

0,1

Ticarət, nəqliyyat vasitələrinin təmiri

77577,0

71867,8

104,8

74023,9

103,0

18,7

Yekun:

415383,8

387011,6

107,0

388357,1

100,3

100,0

Qrafik 1

2025-ci ilin yanvar-sentyabr aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


Qrafik 2

2025-ci ilin yanvar-sentyabr aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə

Sənaye

2025-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri tərəfindən 161 milyon 221,5 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,9 faiz az olmuşdur.Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 14,1 faizi mədənçıxarma sektorunda, 71,5 faizi emal sektorunda, 13,7 faizielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz azalaraq 138 milyon 162,6 min manat və ya sənaye məhsulunun 85,7 faizini təşkil etmişdir.

Qrafik 3

2025-ci ilin yanvar-sentyabr aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə

İstehlakçılara 159 milyon 224,2 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 oktyabr 2025-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 12 milyon 179,7 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 7,6 faizini təşkil etmişdir.

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar-sentyabr aylarında

istehsal

edilmişdir,

min manatla

2024-cüilin yanvar-sentyabr aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə


Cəmi *)

161221,5

98,1

100,0


o cümlədən: dövlət sektoru

23058,9

103,3

14,3


qeyri-dövlət sektoru

138162,6

97,3

85,7


Mədənçıxarma sənayesi

22789,0

140,2

14,1


o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

22789,0

140,2

14,1


Emal sənayesi

115307,5

93,5

71,5

o cümlədən: qida məhsullarının istehsalı

5404,2

614,4

3,3

içki istehsalı

47,5

45,4

0,03

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

1042,2

10,1 d

0,6

poliqrafiya məhsullarının istehsalı

614,9

173,1

0,4

rezin və plastik kütlə məmulatlarının istehsalı

306,9

226,8

0,2

tikinti materiallarının istehsalı

100270,1

92,9

62,2

mebellərin istehsalı

7572,0

86,5

4,7

sair sənaye məhsullarının istehsalı

6,6

154,0

0,0

maşın və avadanlıqların quraşdırılması və təmiri

25,8

147,4

0,02

elektrik avadanlıqlarının istehsalı

17,3

-

0,01

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

22019,2

81,9

13,7

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

1105,8

92,0

0,7

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması

738,6

90,4

0,5

digər tullantıların yığılması və məhv edilməsi

367,2

94,3

0,2

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 22 milyon 789,0 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 14,1 faiz təşkil etmiş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz artmışdır.

Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 115 milyon 307,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 71,5 faiz təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,5 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalında tikinti materiallarının istehsalı 62,2 faiz, qida məhsullarının istehsalı 3,3 faiz, mebellərin istehsalı 4,7 faiz, digər məhsulların istehsalı isə 1,3 faiz təşkil edir.

Qida məhsullarının istehsalı 5 milyon 404,2 min manat olaraq, bölmə üzrə məhsulun 4,7 faizini təşkil etmiş, içki istehsalınınhəcmi isə 47,5 min manat olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən2025-ci ilin yanvar-sentyabr aylarında 22 milyon 19,2 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 18,1 faiz azalmış vərayon əhalisinə və digər istehlakçılara 80107,7 MVts elektrik enerjisi, 104,35 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsindəistehsal edilmiş məhsulun həcmi 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 8,0 faiz azalaraq və 1 milyon 105,8 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 943,1 min kubmetr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)

Məhsul növlərinin adı və

ölçü vahidi

2025-ci ilin yanvar-sentyabr aylarında istehsal

edilmişdir

(əmtəəlik)

2024-cü

ilin yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

01.10.2025-ci il tarixinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi

bentonit, ton

230488,0

142,2

230835,0

əhəngdaşı tozu, ton

15956,9

124,9

-

inşaat üçün əhəng daşı, ton

25642,1

126,8

-

kvarsit, ton

139191,7

162,5

-

Qida məhsullarının istehsalı




buğda və ya çovdarla qarışıq buğda unu, ton

201,6

94,9

-

çörək, ton

905,6

108,4

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

15,0

45,4

-

Sement istehsalı

Portland sement, min ton

607,42

114,1

11,17

Sement klinkerləri

152,88

48,3

90,48

Mebellərin istehsalı

yataq, yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd

4696

89,4

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

80107,7

102,3

-

qazın bölüşdürülməsi, milyon kubmetr

104,35

99,1

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

2545,5

85,4

-

təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr

943,1

101,4

-

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

2025-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyon 704,0 min manat və ya 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 58,3 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyon 694,9 min manatı və ya 82,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 44,2 faizini dövlət, 55,8 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən,

faizlə

Ümumi

həcmdə

xüsusi çəkisi, faizlə

Cəmi

5704,0

41,7

100,0

o cümlədən: dövlət sektoru

2521,0

26,5

44,2

Qrafik 4

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla

(2025-ci ilin yanvar-sentyabr ayları)

Cədvəl 6


Cəmi

Ümumi

yekuna nisbətən,

faizlə

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən (faktiki qiymətlərlə), faizlə

Cəmi

10141,0

100,0

115,4

o cümlədən: inşa,yenidənqurma və bərpa işləri

7648,8

75,4

108,7

cari təmir işləri

2446,9

24,1

152,2

sair tikinti işləri

45,3

0,5

31,3

Kənd təsərrüfatı

2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 156 milyon 919,8 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,7 faiz artmışdır.

Bitkiçilik. 2025-ci ilin məhsulu üçün 4645,0 hektar sahədə buğda, 6835,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7

2025-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar


2025-ci il

2024-cü il

2025-ci il

2024-cü ilə

nisbətən, faizlə

Cəmi əkin sahəsi

18535,0

18533,0

100,0

o cümlədən: dənlilər və dənli paxlalı bitkilər

11600,0

11571,0

100,3

o cümlədən: buğda

4645,0

4507,0

103,1

arpa

6835,0

6938,0

98,5

vələmir

80,0

80,0

100,0

sorqo

30,0

32,0

93,8

paxlalılar

10,0

14,0

71,4

Qarğıdalı

350,0

350,0

100,0

Günəbaxan

35,0

40,0

87,5

Tərəvəz

786,0

791,0

99,4

Kartof

1330,0

1320,0

100,8

Yem bitkiləri

4391,0

4416,0

99,4

Bostan bitkiləri

43,0

45,0

95,6

Cədvəl 8

2025-ci ilin yanvar-sentyabr aylarında əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sen/ha

Dənli, paxlalı və yağlı bitkilər, cəmi

11950,0

40459,0

33,9

Dənli bitkilər, cəmi

11940,0

40437,0

33,9

o cümlədən: buğda

4645,0

16304,0

35,1

arpa

6835,0

21940,0

32,1

qarğıdalı

350,0

1890,0

54,0

sair dənli bitkilər

110,0

303,0

27,5

Paxlalı bitkilər (noxud)

10,0

22,0

22,0

Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi

2159,0

68595,0

317,7

o cümlədən: yaşıl lobya

180,0

414,0

23,0

kələm

55,0

1485,0

270,0

qarpız

40,0

1000,0

250,0

yemiş

3,0

75,0

250,0

bibər

55,0

1430,0

260,0

xiyar

120,0

4200,0

350,0

badımcan

36,0

1044,0

290,0

pomidor

215,0

6665,0

310,0

baş sarımsaq

10,0

145,0

145,0

baş soğan

30,0

747,0

249,0

kartof

1330,0

50540,0

380,0

sair tərəvəzlər

85,0

850,0

100,0

Yem bitkiləri, cəmi

4391,0

14490,3

33,0

Meyvələr, cəmi

1628,7

11220,0

74,3

Giləmeyvələr, cəmi

43,1

856,0

198,6

Üzüm

200,0

2700,0

135,0

Heyvandarlıq. 2025-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 4265,2 ton ət, 25078,0 ton süd, 9485,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 0,6 ton, süd istehsalı 0,7 ton, yumurta istehsalı 5,0 min ədəd artmış, yun istehsalı 2 ton azalmışdır.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, ton


2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

4265,2

4264,6

100,0

+0,6

Süd

25078,0

25077,3

100,0

+0,7

Yumurta, min ədəd

9485,0

9480,0

100,1

+5,0

Yun

236,0

238,0

99,2

-2,0

2025-ci il oktyabr ayının 1-i tarixinə 29305 baş iribuynuzlu mal-qara (ondan 15863 baş inək və camış), 126663 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 72 baş (0,2 faiz), ana inək və camışların sayı isə 176 baş (1,1 faiz) azalmış, qoyun və keçilərin sayı 666 baş (0,5 faiz) artmışdır.

Cədvəl 10

Mal-qaranın sayı, 01.10.2025-ci il tarixinə, baş


2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən

%

+, -

İribuynuzlu mal-qara

29305

29377

99,8

-72

ondan: inək və camışlar

15863

16039

98,9

-176

Qoyun və keçilər

126663

125997

100,5

+666

Nəqliyyat

2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 11255,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,0 faiz artmışdır.

Cədvəl 11 

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər


2025-ci ilin

yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları 2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Cəmi

11255,0

10615,0

106,0

2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1151,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,1 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton


2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

Cəmi

1151,0

1085,0

106,1

2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələri tərəfindən 9 milyon 69,3 min manatlıq xidmət göstərilmiş, 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 3,0 faiz artmışdır. Göstərilmiş xidmətin 198,9 min manatı (2,2 faizi) dövlət sektorunun, 8 milyon 870,4 min manatı (97,8 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 13


2025-ci ilin yanvar-

sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

9069,3

8682,0

103,0

o cümlədən: dövlət sektoru

198,9

237,2

82,7

qeyri-dövlət sektoru

8870,4

8444,8

103,6

İnformasiya və rabitə

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 56,1 faiz azalaraq 455,2 min manat təşkil etmişdir ki, bunun da 213,9 min manatı (47,0 faizi) əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 55,7 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 56,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,0 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat


2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir

455,2

1034,8

43,9

o cümlədən: dövlət sektoru

257,3

770,0

33,3

qeyri-dövlət sektoru

197,9

264,8

74,6

İstehlak bazarı

2025-ci ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 283 milyon 628,0 min manat olmaqla 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

283628,0

103,4

o cümlədən: dövlət mülkiyyəti üzrə

8187,7

96,5

qeyri-dövlət mülkiyyəti üzrə

275440,3

103,8

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

217530,8

104,6

Əmtəə bazarı

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 242 milyon 428,0 min manatlıq məhsul satılmış və onun 131 milyon 551,5 min manatını (54,3 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 110 milyon 876,5 min manatını (45,7 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,0 faiz, o cümlədən qeyri-ərzaq malları 26,1 faiz artmış, ərzaq məhsulları içkilər və tütün məmulatları üzrə isə 11,2 faiz azalmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

242428,0

100,0

103,0

o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları

131551,5

54,3

88,8

qeyri-ərzaq malları

110876,5

45,7

126,1

2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 151,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 127,8 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 23,5 faizini hüquqi şəxslər, 19,8 faizini fərdi sahibkarlar tərəfindən, 56,7 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

242428,0

103,0

o cümlədən: müəssisələr üzrə

56854,0

100,4

fərdi sahibkarlar üzrə

48073,8

93,2

bazar və yarmarkalar üzrə

137500,2

108,1

Qrafik 5

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin

strukturu, faizlə

Cədvəl 18

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin dinamikası


Əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

2025-ci il

Yanvar-sentyabr

103,0

88,8

126,1

2024-cü il

Yanvar- sentyabr

103,4

103,5

103,6

01.10.2025-ci il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 14 milyon 89,8 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2025-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,9 faiz artaraq 4,0 milyon manat olmuşdur.

Cədvəl 19


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin

yanvar-sentyabr aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi

4000,0

110,9

o cümlədən: hüquqi şəxslər üzrə

-

-

fiziki şəxslər üzrə

4000,0

110,9

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə 5,2 faiz artaraq 37 milyon 200,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyon 243,2 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 24,8 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

37200,0

105,2

o cümlədən: dövlət sektoru

8187,7

96,5

qeyri-dövlət sektoru

29012,3

108,0

Ondan: fiziki şəxslər

27956,8

109,5

2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 385,9 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri


Əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

üzrə

2024-cü il

Yanvar-sentyabr

102,4

38,4

285,0

2025-ci il

Yanvar-sentyabr

105,2

94,1

109,5

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 87,9 faiz təşkil etmişdir.

Cədvəl 22

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri


2025-ci ilin yanvar-sentyabr ayları,

min manatla

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

Ümumi həcmdə

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

8952,6

95,0

100,0

o cümlədən: əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr)

1086,3

55,9

12,1

digər sahələrin iri və orta

7866,3

105,2

87,9

ondan sənaye

7866,3

105,2

87,9

Qrafik 6

2025-ci ilin yanvar-sentyabr aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə


Qiymət indeksləri

İstehlak qiymətləri indeksi

2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,0 faiz, 2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 109,3 faiz təşkil etmişdir. 2025-ci ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 108,4 faiz təşkil etmişdir. 2025-ci ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,1 faiz təşkil etmişdir. 2025-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməmişdir, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 113,9 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak qiymətləri indeksinin dəyişməsi


Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

2025-ci il

İyul

99,7

109,8

99,1

108,7

Avqust

100,6

109,5

101,0

108,5

Sentyabr

101,0

109,3

101,5

108,4

..ardı


Qeyri-qida məhsulları

Ödənişli xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

2025-ci il

İyul

100,7

105,0

100,1

115,0

Avqust

100,0

105,0

100,4

114,6

Sentyabr

101,4

105,1

100,0

113,9

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-sentyabr aylarında 10522 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6626 nəfər (63,0 faiz), qeyri-dövlət sektorunda isə 3896 nəfər (37,0 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 21,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,7 faizi sənaye (o cümlədən 3,3 faizi mədənçıxarma, 7,8 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,8 faizi tikinti, 0,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,0 faizi xidmət sahələrində, o cümlədən 28,8 faizi təhsil, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi maliyyə və sığorta, 0,9 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

2025-ci ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə 62 yeni iş yeri açılmış və 564 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 58-i mövcud müəssisə və təşkilatlarda, 4 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda açılmışdır.

Cədvəl 24

2024-cü il və 2025-ci ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerlərinin xarakteristikası


2024-cü ilin yanvar-sentyabr aylarında

2025-ci ilin yanvar-sentyabr aylarında

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

92

62

100,0

o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda

10

4

6,5

mövcud müəssisə və təşkilatlarda

82

58

93,5

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

820

565

100,0

Əməkhaqqı

2025-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 767,7 manat, həmçinin dövlət sektorunda 736,5 manat, qeyri-dövlət sektorunda 820,6 manat təşkil etmiş, 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən rayon üzrə 7,4 faiz, o cümlədən dövlət sektoru üzrə 9,0 faiz, qeyri-dövlət sektoru üzrə isə 5,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1599,4 manat, mədənçıxarma sənayesində 989,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 896,4 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 940,4 manat, maliyyə və sığorta sahəsində 1832,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1017,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 841,7 manat təşkil etmişdir.

Cədvəl 25

2025-ci ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

Bir işçiyə düşən orta aylıq nominal

əməkhaqqı, manatla

2025-ci ilin yanvar-sentyabr aylarında

2024-cü ilin yanvar- sentyabr aylarına

nisbətən,

faizlə

Orta rayon göstəricisinə

nisbətən,

faizlə


Cəmi

10522

767,7

107,7

100,0


ondan:

dövlət mülkiyyəti

6626

736,5

109,0

95,9


qeyri-dövlət mülkiyyəti

3896

820,6

105,6

106,9

A

o cümlədən:

Kənd təsərrüfatı, meşə

təsərrüfatı və balıqçılıq

52

636,3

132,7

82,9

B

Mədənçıxarma sənayesi

344

989,2

97,4

128,9

C

Emal sənayesi*)

821

1599,4

96,0

208,3

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

225

896,4

100,2

116,8

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

472

583,6

117,0

76,0

F

Tikinti

298

536,7

115,7

69,9

G

Ticarət; nəqliyyat vasitələrinin təmiri*)

2094

505,6

107,3

65,9

H

Nəqliyyat və anbar

təsərrüfatı *)

212

940,4

110,0

122,5

İ

Yaşayışın təşkili və

ictimai iaşə *)

16

523,4

124,9

68,2

J

İnformasiya və rabitə *)

95

660,0

94,8

86,0

K

Maliyyə və sığorta fəaliyyəti

148

1832,2

107,4

238,7

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

44

457,1

111,9

59,5

M

Peşə, elmi və texniki fəaliyyət

24

691,7

121,0

90,1

...ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

204

571,2

111,5

74,4

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

597

1017,7

100,7

132,6

P

Təhsil

3027

671,5

110,3

87,5

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1219

841,7

110,5

109,6

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

586

513,8

110,5

66,9

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

44

741,1

96,5

96,5

*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2025-ci və 2024-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla

Demoqrafik vəziyyət

İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2025-ci ilin yanvar-sentyabr aylarında 161 nəfər artaraq 01.10.2025-ci il tarixinə 96 min 628 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

artım(+)

azalma(-)

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2025-ci ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən,

faizlə

Təbii artım

179

246

-67

2,5

3,4

73,5

Doğulanlar

735

765

-30

10,2

10,6

96,2

Ölənlər

556

519

37

7,7

7,2

106,9

Nikahlar

346

394

-48

4,8

5,5

87,3

Boşanmalar

133

157

-24

1,8

2,2

81,8

Ədliyyə Nazirliyinin rayon Qeydiyyat Şöbələri tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında rayonda 735 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 10,2 təşkil etmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında rayonda 556 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə bu göstərici 7,7 təşkil etmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon Qeydiyyat Şöbəsi tərəfindən 346 nikah, 133 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,8, boşanmaların sayı isə 1,8 təşkil etmişdir.

Qrafik 8

2025-ci və 2024-cü ilin yanvar-sentyabr aylarında demoqrafik göstəricilər, nəfərlə

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi


Geri qayıt