Əsas Səhifə > İdman > Qazax şəhər stadionunda iməcilik keçirilib

Qazax şəhər stadionunda iməcilik keçirilib


16-10-2023, 11:07


Qazax rayonunda elə bir sahə yoxdur ki, diqqət və qayğı göstərilməsin, həmin sahədə əsaslı işlər görülməsin. Rayon rəhbərliyi idman sahəsini də həmişə diqqətdə saxlayır, bu sahənin inkişaf etməsi üçün rayonda diqqətəlayiq işlər görür.

Bu günlərdə 1980-ci ildə istifadəyə verilən, hazırda Qazaxın "Göyəzən" futbol klubunun fəaliyyət göstərdiyi Qazax şəhər stadionunda iməcilik keçirilib. Belə ki, stadionun içərisində və ətrafında təmizlik, rənglənmə işləri aparılıb, səliqə-sahman yaradılıb.


Geri qayıt