Əsas Səhifə > İdman > Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirilib


5-05-2023, 20:34


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirilib.

4-5 may tarixlərində keçirilən yarışda 2011-2012-2013-cü il təvəllüdlü yeniyetmələr iştirak ediblər.

Yarış iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin Qazax şəhərində Heydər Əliyev adına parkda ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev adına Mərkəzdə Ulu Öndərin şərəfli və mənalı ömrünü əks etdirən sərgi və fotostendlə tanış olublar. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli, mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, dahi rəhbərin gənclərə. Idman sahəsinə göstərdiyi diqqət və qayğısından da geniş bəhs edib. A.Nəbiyev bu gün respublikamızda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin dəsti-xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini xüsusilə vurğulayıb və idmançılara uğurlar arzulayıb.

Sonda rayon turnirinin qalibləri Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı tərəfindən diplomlarla təltif olunub.


Geri qayıt