Əsas Səhifə > İdman > 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib


1-02-2023, 09:41


27-31 yanvar tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Qazax Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Turnirdə Çarçılı Şəms İslam qızı, Mahmudzadə Milay İsmayıl qızı, Məmmədli Abdulkərim Elnur oğlu, Malayev Ayxan İxtiyar oğlu, Vəliyeva Əminə Rahib qızı, İsmayılov Turan İsmayıl oğlu I yeri tutublar. 

Mirzəzadə Abuhəyat Elmar qızı, Əhmədzadə Məhəmməd İlkin oğlu, Veyisov Nihad Nicat oğlu, Bağırlı Nigar Nəcəf qızı, Bəkirli Sevda Nadir qızı, Çarçılı Hidayət İslam oğlu II yerə layiq görülüblər.

Abdullayeva Adilə Rəhim qızı, Nuri Cahid Elnur oğlu, Aslanova Zəhra Taleh qızı, İsmayılov Ömər Mustafa oğlu, Mehtixanlı Namiq Nicat oğlu, Aşırlı Arif Fariz oğlu və Oruclu Aylin Əfsun qızı isə turnirin üçüncüsü olublar. 

Qaliblər təşkilatçılar tərəfindən Diplomlarla təltif olunublar.


Geri qayıt