Əsas Səhifə > İdman > 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dama üzrə rayon turniri keçirilib

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dama üzrə rayon turniri keçirilib


19-01-2023, 21:50


20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlər keçirilir.

16-19 yanvar tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş oğlan və qızlar arasında dama üzrə rayon turniri keçirilib.

Yarışda ümumilikdə 18 nəfər idmançı iştirak edib. Turnirdə qızlar arasında I yeri Alıyeva Vəsilə Aydın qızı, II yeri İbrahimli Narin Bəhlul qızı, III yeri Vəlizadə Məryəm Ruslan qızı, oğlanlar arasında isə I yeri Süleymanlı Nihat Alı oğlu, II yeri Kərimov Emil Şirvanxan oğlu, III yeri İsmayılıov Qinyaz Mehralı oğlu tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar. 

 


Geri qayıt