Əsas Səhifə > İdman > “Şuşa İli”nə həsr olunmuş oğlan və qızlar arasında dama üzrə rayon turniri keçirilib
“Şuşa İli”nə həsr olunmuş oğlan və qızlar arasında dama üzrə rayon turniri keçirilib17-12-2022, 10:12 |
15-16 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş oğlan və qızlar arasında dama üzrə rayon turniri keçirilib. Turnirdə qızlar arasında I yeri Dalıbaşhova Sona Rakhib qızı, II yeri İbrahimli Narin Bəhlul qızı, III yeri Məmmədova Jalə Pərviz qızı, oğlanlar arasında isə I yeri Alıyev Çingiz Elçin oğlu, II yeri Yusifov Nail Saqif oğlu, III yeri Süleymanlı Nihat Alı oğlu tutublar. Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Geri qayıt |