Əsas Səhifə > İdman > "Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində yeniyetmələr arasında karate idman növü üzrə açıq rayon turniri keçirilib

"Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində yeniyetmələr arasında karate idman növü üzrə açıq rayon turniri keçirilib


21-11-2022, 12:20


Noyabrın 20-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Abu-life İdman Klubunun birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində yeniyetmələr arasında karate idman növü üzrə açıq rayon turniri keçirilib. 

Abu-life İdman Klubunda keçirilən yarışda Qazax və Ağstafa rayonlarından 65 nəfər idmançı qalib adı uğrunda mübarizə aparıb.

Yarışın açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Abu-life İdman Klubunun direktoru Fərid Məmmədov çıxış edərək qeyd ediblər ki, bu cür yarışların keçirilməsində məqsəd rayonda karate idman növünün inkişaf etdirilməsi, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin qarşısının alınmasında idmanın rolunun böyük önəmi olduğunu gənclərə çatdırmaqdır. Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunublar. 

GOYEZEN.AZ


Geri qayıt