Əsas Səhifə > İdman > Ölkə birinciliyində Qazaxlı atletlər 6 qızıl medal qazanıb
Ölkə birinciliyində Qazaxlı atletlər 6 qızıl medal qazanıb6-10-2017, 08:23 |
2-6 oktyabr 2017-ci il tarixlərdə Ağır Atletika üzrə keçirilən Yeniyetmələrin XI Respublika Oyunlarının final yarışlarında Qazax komandası uğura imza atıb. Belə ki, Xaçmaz şəhər Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü idmançılar arasında keçirilən birincilikdə Qazax atletləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Komandanın məşqçisi Rəayət Abdalov GOYEZEN.AZ saytına bildirib ki, idmançılardan Aişə Əliyeva və Firat Məmmədov (30 kq), Ravil Alməmmədov (34 kq), Qasım İsmayılov (38 kq), Abdulmətin İsmayılov (56 kq), Arif Mustafazadə (+69 kq) I yeri qazanaraq birinciliyin qızıl medalını əldə ediblər. Gümüş medala Səbuhi Orucov (62 kq) yiyələnib. 38 kq çəki dərəcəsində Mübariz Yerevanlı isə kürsüdə III yeri bölüşərək bürünc medala sahib olub. Geri qayıt |