Əsas Səhifə > İdman > Qazaxda “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə Respublika yarışlarının rayon mərhələsi keçirilib

Qazaxda “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə Respublika yarışlarının rayon mərhələsi keçirilib


1-10-2022, 19:36


Sentyabrın 30-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə Respublika yarışlarının rayon mərhələsi keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, Qazax Rayon Polis Şöbəsinin kadr üzrə baş inspektoru, polis baş leytenantı Hacı Xamoyev və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis polkovnik leytenantı Etibar Hacıyev çıxış edərək keçirilən yarışın əhəmiyyətindən söz açıblar. Qeyd ediblər ki, yarışın keçirilməsində əsas məqsəd idmanın kütləvililiyini artırmaq, gəncləri Daxili İşlər Orqanlarında xidmətə və təhsilə təşviq etməkdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 33 nəfər idmançı qalib adı uğrunda mübarizə aparıb. 

3000 metr məsafəyə kros qaçışı yarışında I yeri Mustafayev Kənan Arzuman oğlu, II yeri Əliyev Anar Mübariz oğlu, III yeri isə İsmayılov Pərvin Rahid oğlu tutub.

Gimnastika (turnik) növü üzrə yarışda I yeri Mustafayev İsmayıl Arif oğlu, II yeri Əliyev Anar Mübariz oğlu, III yeri isə Mustafazadə Səid İlqar oğlu qazanıb.

Yarışda I,II,III yerləri tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.




GOYEZEN.AZ


Geri qayıt