Əsas Səhifə > İdman > “İdman hamı üçün” layihəsi çərçivəsində ağır atletika idman növü üzrə nümunəvi çıxışlar keçirilib

“İdman hamı üçün” layihəsi çərçivəsində ağır atletika idman növü üzrə nümunəvi çıxışlar keçirilib


13-09-2022, 09:32


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən ağır atletika idman növü üzrə nümunəvi çıxışlar keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində keçirilən çıxışlarda ümumilikdə 25 nəfər iştirak edib.

Layihənin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərdə idmana marağın artırılmasıdır.


GOYEZEN.AZ


Geri qayıt