Əsas Səhifə > İdman > Qazaxda Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib

Qazaxda Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib


26-08-2022, 23:40


Avqustun 26-da Qazax Olimpiya İdman Kompleksində Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 komandadan 50 nəfər futbolçu iştirak edib. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yeri Qazax Gənclər komandası, 2-ci yeri Qazax Olimpiya İdman Kompleksinin komandası, 3-cü yeri isə Dəli Kür komandası tutub.

Turnirin bombardiri adına Ümid Qasımov (4 top vurub) layiq görülüb. Turnirin "Ən yaxşı oyunçusu" Elgün Əhmədov, "Ən yaxşı qapıçısı" isə İlknur Babacanov seçiliblər.

Yarışda I,II,III yerləri tutmuş komandalar və komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.

GOYEZEN.AZ


Geri qayıt