Əsas Səhifə > İdman > Həmyerlimiz dünya çempionu olub
Həmyerlimiz dünya çempionu olub5-09-2016, 09:03 |
Avqustun 30-da Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı keçirilib. Çempionatda güləşin hər üç növü üzrə yığma komandalarımız mübarizə aparıblar.
Çempionatın son iki günündə mübarizəyə qoşulan sərbəst güləşçimiz Əfqan Xaşalov elə ilk görüşdən mübarizəyə inamla başlayıb. 55 kq çəki dərəcəsində yarışan həmyerlimiz bütün rəqibləri üzərində qələbə qazanaraq çempionatı qələbə ilə başa vurub. Qazax güləş məktəbinin yetirməsi olan Əfqan Xaşalov gənclər arasında sərbəst güləş üzrə dünya çempionu adına layiq görülüb. Bu böyük və möhtəşəm qələbə münasibətilə həmyerlimizi təbrik edir, ona daha böyük idman qələbələri arzulayırıq. Geri qayıt |