Əsas Səhifə > İdman > Qazaxa 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon Birinciliyi keçirilib

Qazaxa 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon Birinciliyi keçirilib


23-10-2021, 10:13


Oktyabrın 22-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Marş irəli” devizi altında "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon Birinciliyi keçirilib.

Birinciliyin rəsmi açılış mərasimində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax şəhər stadionunda keçirilən yarışda 14 komandadan 56 nəfər gənc iştirak edib. Komandalar 100 metr və 2000 metr məsafələrə qaçış, turnikdə dartınma və qumbaraatma üzrə öz güclərini sınayıblar.

Yarışın yekun nəticələrinə görə Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yeri, Qazax şəhər Səməd.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası II yeri, Bakı Dövlət Universitetinin Qazax filialının komandası isə III yeri tutub.

Rayon birinciliyinin qalib komandaları və ayrı-ayrı nominasiyalar üzrə I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.











GOYEZEN.AZ


Geri qayıt