Əsas Səhifə > İdman > Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında karate üzrə açıq rayon turniri keçirilib

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında karate üzrə açıq rayon turniri keçirilib


17-10-2021, 22:49


Oktyabrın 17-də Qazax Rayon Gənclər və İdman İdarəsi və "ABU-LİFE İdman Klubunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında karate üzrə açıq rayon turniri keçirilib.

Klubda təşkil olunan turnirdə ümumilikdə 51 nəfər iştirak edib.

Yarış iştirakçıları əvvəlcə rayon rəhbərliyi tərəfindən 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət edib, kompleks önünə qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Şəhidlərimiz, onların keçdikləri döyüş yolu, təltif olunduqları orden və medallar haqqında ətraflı məlumatı özündə əks etdirən lövhələrlə tanış olublar.




Sonra yarış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək Vətən müharibəsində gənclərimizin, xüsusən də idmançı gənclərimizin göstərdikləri igidliklərdən danışıb. Respublikamızda idman sahəsində əldə olunan uğurlarda Qazax idmançılarının da payı olduğunu bildirib.


Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev, Gəncə Regionunun karate üzrə gənclərdən ibarət komandasının baş məşqçisi, Əməkdar məşqçi Ziya Namazov və yarışın baş hakimi Azərbaycan Milli Karete Federasiyasının Ağstafa rayonu üzrə nümayəndəsi Namiq Həsənov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Turnirdə I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplom və medalları ilə təltif olunublar.










GOYEZEN.AZ


Geri qayıt