Əsas Səhifə > İdman > Sərbəst güləşçilər Tbilisidə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb

Sərbəst güləşçilər Tbilisidə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb


12-06-2017, 14:41
Sərbəst güləşçilər Tbilisidə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb

GOYEZEN.AZ Azərbaycan Güləş Federasiyasının məlumatına əsasən bildirir ki, Tbilisidə sərbəst və yunan-roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib. Baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmanşılarla qarşılaşıb.

Bürünc medalı isə yığmamıza 70 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Geri qayıt