Əsas Səhifə > İdman > Qazaxda gənclər arasında Kross qaçışı üzrə rayon Birinciliyi keçirilib

Qazaxda gənclər arasında Kross qaçışı üzrə rayon Birinciliyi keçirilib


16-07-2021, 15:23


İyulun 16-da Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş gənclər arasında Kross qaçışı üzrə Qazax rayon Birinciliyi keçirilib.

Qazax şəhər stadionunda təşkil olunmuş yarışda ümumilikdə 36 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı keçən yarışda I yeri Abbasov Kamran Namiq oğlu, II yeri Abdullazadə İlkin Pərviz oğlu, III yeri isə Musayev Fərid Vüsal oğlu tutub.

Yarışda I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.






 

GOYEZEN.AZ


Geri qayıt