Əsas Səhifə > İdman > Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib


11-06-2021, 14:43


İyunun 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına və tələblərinə uyğun olaraq "Qazax Gənclər evi”nin həyətində keçirilən turnirdə 10 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Novruzlu Rəhman Müşfiq oğlu I yeri, Hüseynova Firəngiz İlham qızı II yeri, Vəliyeva Əminə Rahib qızı isə III yeri qazanıblar. Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.









 

GOYEZEN.AZ


Geri qayıt