Əsas Səhifə > İdman > Qazaxda Vətən müharibəsinin idmançı iştirakçıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təltif olunublar
Qazaxda Vətən müharibəsinin idmançı iştirakçıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təltif olunublar5-03-2021, 16:50 |
Cənab Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il ölkəmizdə 5 mart əlamətdar gün kimi qeyd edilir. Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən müharibəsində iştirak etmiş bir qrup qazaxlı idmançı Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, GİKM-in Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov idmançıları əlamətdar gün münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqətin ildən-ilə daha da artırılmasından söz açılıb. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları diqqətə çatdırılıb. Sonra 44 günlük Vətən müharibəsində iştirak etmiş idmançı veteran, qazi mayor Əliyev Xəyyam Şəhadət oğluna, qazilər Qasımlı Sərxan Nizami oğluna, Hüseynov Abdullah Natiq oğluna, Həsənov Orxan İlqar oğluna, Hacıməmmədov Surət Cəlil oğluna, Qəfərov Elmar Elşad oğluna, Vəliyev Orxan Nizami oğluna, Yusifov Vüqar Yusif oğluna, Əsədov Qeyrət İbrahimxəlil oğluna, Qasımov Saqif Fərrux oğluna, eləcə də bir qrup idmançıya Fəxri Fərman və hədiyyə təqdim edilib.
GOYEZEN.AZ Geri qayıt |