Əsas Səhifə > İdman > Qazaxda “Könüllülər Kuboku” yarışı keçirilib
Qazaxda “Könüllülər Kuboku” yarışı keçirilib31-08-2020, 17:56 |
Respublika Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq, Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən şahmat üzrə oğlan və qızlar arasında "Könüllülər Kuboku” yarışı keçirilib. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq Qazax Gənclər Evinin həyətində keçirilən yarışda 18 nəfər gənc könüllü iştirak edib. Yarışın açılışında Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən oğlanlar arasında Həsənov Nicat Vilayət oğlu I yeri, Cahangirov Rauf Əlisahib oğlu II yeri, Balcanov Osman Əli oğlu III yeri qazanıblar. Qızlar arasında isə Allahverdiyeva Nigar Vilayət qızı I yerə, Hacıyeva Qiyafət Kazım qızı II yerə, Rəhimova Fatimə Fəzail qızı III yerə layiq görülüblər. Yarışda qalib gələn iştirakçılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ Geri qayıt |