Əsas Səhifə > İdman > Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyi keçirilib

Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyi keçirilib


2-03-2020, 12:55

Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına əsasən 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyi yarışları keçirilib.

Qazax Olimpiya İdman Kompleksində reallaşan yarışda qalib adı uğrunda 37 nəfər idmançı mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəratində keçən yarışın sonunda I,II,III yerləri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Fəxri Fərmanlarla təltif olunublar.



GOYEZEN.AZ


Geri qayıt