Əsas Səhifə > İdman > Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş şahmat üzrə məktəblilər arasında keçirilən rayon turniri başa çatıb

Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş şahmat üzrə məktəblilər arasında keçirilən rayon turniri başa çatıb


20-11-2019, 18:48


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş Tədbirlər Planına əsasən 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş Şahmat üzrə məktəblilər arasında keçirilən rayon turniri başa çatıb.

15-20 noyabr tarixlərini əhatə edən turnirdə 140 nəfər məktəbli qalib adı uğrunda mübarizə aparıb.

Qazax Şahmat Mərkəzində keçirilən yarışda I, II, III yerləri tutan idmançılar Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.



GOYEZEN.AZ


Geri qayıt