Əsas Səhifə > İdman > Qazaxda “İradənlə qalib gəl!” şüarı altında “Açıq qapı” günü keçirilib

Qazaxda “İradənlə qalib gəl!” şüarı altında “Açıq qapı” günü keçirilib


5-11-2019, 10:14


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində "İradənlə qalib gəl!” şüarı altında "Açıq qapı” günü keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil edilən aksiyanın məqsədi idmanın gənclər arasında təbliği, gənc və yeniyetmələri idmana cəlb etmək, Olimpiya İdman Komplekslərinin imkanlarını hər kəs üçün əlçatan etmək, buradakı idman meydançaları, avadanlıq və şəraitdən gənclərin geniş yararlanmasını təmin etmək, gəncləri sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə alışdırmaqdır.

Aksiya çərçivəsində boks, mini-futbol, sərbəst güləş, qol güləşi, karate, həndbol, cüdo, fitnes idman növləri üzrə əyləncəli idman oyunları və məşqlər təşkil edilib. Tədbirdə müxtəlif idman növləri üzrə əməkdar məşqçilərin, Avropa və Dünya çempionlarının, mükafatçılarının iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar göstərilib. Gün ərzində ümumilikdə 300 nəfərdən çox gənc kompleksin imkanlarından istifadə edib.
















GOYEZEN.AZ


Geri qayıt