Əsas Səhifə > İdman > Qazaxda Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirilib

Qazaxda Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirilib


19-10-2019, 19:03


Bu gün Qazax Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda bütün yaş qrupları üzrə, ölkənin 30-dan artıq komandasını təmsil edən 300-dən artıq idmançı güclərini sınayıb.    

Yarışda iştirak edən idmançılar yarış meydadınä daxil olduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi açılış mərasimini Azərbaycan Alpaqut Federasiyasının Birinci vitse-prezidenti Nuranə Şıxəliyeva açıq elan edib.

Sonra yarışda qonaq qismində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov və digərləri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Rəsmi hissənin sonunda incəsənət ustalarının ifasında bir neçə xalq mahnıları ifa edilib, rəqs nömrələri nümayiş olunub.

Dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən yarışın sonunda qaliblər diplom, medallar və kubokla mükafatlandırılıb.

 


                                     
                                     


      


























GOYEZEN.AZ


Geri qayıt