Əsas Səhifə > İdman > Qazaxlı idmançılar yarışda 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
Qazaxlı idmançılar yarışda 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar23-10-2018, 10:26 |
Ağdam rayonunda Alpaqut Turan Döyüş sənəti üzrə III Azərbaycan kuboku keçirilib. Oktyabr ayının 20-də baş tutan yarışda rayonumuzu 10 idmançı təmsil edib. Məşqçi-müəllim Orxan Vəliyevin rəhbərliyi ilə iştirak edən idmançıların hamısı "qurşaq” sistemi üzrə yarışlarda uğurla çıxış ediblər. Bu yarışda idmançılarımız 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Mustafayev Nural Fariz oğlu (12-13 yaş, 40 kq), Mansurov Mustafa Vüsal oğlu (16-17 yaş, 50 kq), Şıxməmmədov Rəhman Qulu oğlu (14-15 yaş, 55 kq), Qocayev Emin Azər oğlu (14-15 yaş, 60 kq), Abdullayev Ülvi Zülfüqar oğlu (19-35 yaş, 65 kq) və Yunusov Həmzə Xanlar oğlu (14-15 yaş, 75 kq) I yerə layiq görülüblər. Həsənov Mehman Mobil oğlu (14-15 yaş, 65 kq), Məmmədrzayev Aslan Ceyhun oğlu (14-15 yaş, 40 kq) və Allahverdiyev Vəli Ədib oğlu (19-35 yaş) II yeri qazanaraq yarışın gümüş medalına sahib olublar. Mansurov Elşad Qabil oğlu (14-15 yaş, 55 kq) isə III yeri tutaraq bürünc medal əldə edib. Bundan başqa, 22 oktyabr 2018-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində MMA qarışıq döyüş növləri üzrə beynəlxalq turnir keçirilib. Həmin yarışda rayonumuzun idmançısı Mansurov Mustafa Vüsal oğlu (16-17 yaş, 50 kq) iştirak edərək qızıl medal qazanıb. Bütün idmançıları əldə etdikləri nailiyyətlərə görə təbrik edir və uğurlar arzu edirik.
GOYEZEN.AZ
Geri qayıt |