Əsas Səhifə > İdman > Gənclər və idman naziri Fərid Qayıbovun minnətdarlıq məktubu

Gənclər və idman naziri Fərid Qayıbovun minnətdarlıq məktubu


Bu gün, 12:39

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu il 5 mart tarixi təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazıldı. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi təntənəli şəkildə keçirildi. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov da Qazax şəhərində idman paradının və “İdman Paytaxtı”nın açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasını yüksək qiymətləndirir və buna görə təşkilatçı olaraq Qazax Rayon İcra Hakimiyyətinə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:

“Cari ilin 02-08 mart tarixlərini əhatə edən “İdman həftəsi” çərçivəsində 5 mart tarixində keçirilən “İdman yürüşü” zamanı göstərdiyiniz dəstəyə görə Sizə və kollektivinizə minnətdarlığımızı bildiririk”.


Geri qayıt